Gündəm

“Laçın” restoranı hərraca çıxarılıb

25 Sentyabr 2017 15:34

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 156 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 67-si istifadəsiz qeyri-yaşayış sahəsidir. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.

Kursantların andiçmə mərasimi keçirilib

25 Sentyabr 2017 15:33

 Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, hərbi andı qəbul etmələri münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2010-cu ilin avqust ayının 10-da akademiya kompleksinin açılış mərasimində iştirak etməsinin qürur hissi ilə xatırlandığı mərasimdə qeyd olunmuşdur ki, Vətənə sədaqət andı içən kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri, bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün akademiyada bütün şərait yaradılmış, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyət formalaşmışdır. Akademiyanın zabit-gizir, professor-müəllim heyəti gənc kursantların Vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün bütün bilik, təcrübə və bacarıqlarını sərf edirlər.

BP şirkəti ilə DGK arasında əməkdaşlıq yüksək səviyyədədir

25 Sentyabr 2017 15:31

Sentyabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən “Olaylar”a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 1994-cü ilin sentyabr ayında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakıda dünyanın ən iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi"nin müstəqil Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında çox mühüm tarixi anlardan biri olduğunu diqqətə çatdırıb.

Məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq güclənir

25 Sentyabr 2017 15:29

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.  Carı il üçün layihə 10 rayonu əhatə edəcək. Layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb edilir. Komitədən “Olaylar”a verilən məlumata görə, layihə üzrə növbəti seminar Şamaxı rayonunda təşkil edilib.

Suriya havadan hücuma məruz qaldı: 61 dinc sakin həlak oldu

25 Sentyabr 2017 15:23

Dünən gecə Suriyanın İdlib, Həmas və Latakiya bölgələrinə hərbi hava hücumları təşkil edilib. Əməliyyat nəticəsində 18 dinc sakin həlak olub, 30-u yaralanıb. Yerli qaynaqlardan verilən məlumata görə, adı çəkilən bölgələrə həftə ərzində 60-dan çox hava hücumu təşkil edilib. Nəticədə bölgədə həlak olanların sayı 61-ə çatıb.

Türk cərrahla evlənən Cəmilənin İSTANBULDAKI nikahından ÖZƏL FOTOLAR

25 Sentyabr 2017 15:14

Türkiyəli estetik cərrah Murat Temizlə ailə həyatı quran aktrisa Cəmilə Tağızadə İstanbulda ikinci dəfə toy edib. Ötən ay Bakıda təmtəraqlı toy edən sənətçi bu dəfə ailə arasında 40 nəfərlik bir məclisə üstünlük verib.

“Çölçü” beynəlxalq mükafata layiq görüldü

25 Sentyabr 2017 15:11

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Çölçü” filmi Kəlküttə beynəlxalq “Cult” filmləri festivalının “Golden Fox Awards” (“Qızıl tülkü”) mükafatının qalibi olub. Kinostudiyadan verilən məlumata görə, Hindistanın Kəlküttə şəhərində dekabrın 5-6-da keçiriləcək festivalın mükafatlandırma mərasiminə filmin rejissoru Şamil Əliyev dəvət alıb.

Alimlərin elmi dərəcələri araşdırılacaq

25 Sentyabr 2017 15:01

Son 15 ildə alimlik dərəcəsi alan şəxslərin elmi dərəcələri müvafiq qurum tərəfindən araşdırılavcaq. “Olaylar”a daxil olan məlumata görə, belə bir araşdırmanın aparılmasında məqsəd alimlərin aldıqları elmi dərəcələrin müvafiq  kateqoriyaya uyğun gəlib-gəlməməsini müəyyən eməkdir. Araşdırmanın aparılmasına səbəb isə son vaxtlar saxta elmi dərəcə alanlar barədə məlumatların yayılmasıdır.

Ziya Məmmədovun bacısı valideynlərin pulunu qaytaracaq?

25 Sentyabr 2017 14:58

“Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın Bakı Tikiş Evinin 40 manata satdığı məktəbli formalarını 120 manata liseyin şagirdlərinə zorla satdırması hələ də gündəm mövzusudur. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı olan liseyin direktoru M.Məmmədovanın məhz bu əməlinə görə Təhsil Nazirliyi tərəfindən yoxlamalara başlanıldığı və onun işdən uzaqlaşdırıldığı bildirilsə də, valideynlərin pulu hələ qaytarılmayıb. Maraqlıdır, 120 manata məktəbli forması almağa məcbur edilən valideynlərə artıq ödədikləri məbləğ geri qaytaracaqmı?

Ermənistanda zavod partladı

25 Sentyabr 2017 14:49

Dələduzlara sərt cəza tətbiq ediləcək

25 Sentyabr 2017 14:43

Milli Məclisin payız sessiyasında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi sərtləşdiriləcək. Məlumata görə, maddəyə yeni bənd 178.4-cü bəndi əlavə edilir.Yeni bəndə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xüsusilə mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə  12 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Quba sakininə zor tətbiq edən dəstə zərəsizləşdirlib

25 Sentyabr 2017 14:39

Qubada zorakılıqla müayət olunan cinayət hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 23-də saat 22 radələrində Xaçmaz şəhəri ərazisində naməlum 3 nəfər Quba rayon sakini Firuz Yusifova zor tətbiq edib 95 manat pulunu alıblar.

Kəmaləddin Heydərov Samuxda vətəndaşları qəbul edəcək

25 Sentyabr 2017 14:37

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  29 sentyabr 2017-ci il tarixində Samux şəhərində Heydər Əliyev Mərkəzində saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, qəbulda yalnız Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Rusiyada adamyeyənlər ailəsi tutuldu

25 Sentyabr 2017 14:32

Rusiyanın Krasnodar vilayətinin ərazisində hüquq-mühafizə orqanları adamyeyən ailəni ifşa ediblər. Artıq amansız qətllərin yeddi epizodu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sübut edilib. Polis əməkdaşları aydınlaşdırıblar ki, cinayətkarların ailəsi 1999-cu ildən insanları oğurlayaraq öldürür və öz qurbanlarını hissə-hissə yeyirdilər.