Məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq güclənir
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir. Carı il üçün layihə 10 rayonu əhatə edəcək. Layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb edilir. Komitədən “Olaylar”a verilən məlumata görə, layihə üzrə növbəti seminar Şamaxı rayonunda təşkil edilib.
25 Sentyabr 2017 15:29 SosialAzərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi" regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir. Carı il üçün layihə 10 rayonu əhatə edəcək. Layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb edilir. Komitədən "Olaylar"a verilən məlumata görə, layihə üzrə növbəti seminar Şamaxı rayonunda təşkil edilib. Seminarı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Gülər Səfərova açaraq qeyd edib ki, Şamaxı rayonunda məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq gücləndirilib və belə tədbirlərin kəndləri əhatə etməsi layihənin uğurudur.Seminarın birinci günü məişət zorakılığı haqqında, ikinci gün isə ailə münasibətlərində qadınların və kişilərin hüquqları üzrə mövzular müzakirə edilib. Seminarlarda Komitənin və GİZ-in birgə nəşri olan "Qadın hüquqları üzrə bələdçi" kitabı, Komitənin nəşri olan "Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu" və Komitənin "Ailə Qadın Uşaq" jurnalı metodiki vəsait kimi iştirakçılara paylanılıb.