“Çölçü” beynəlxalq mükafata layiq görüldü
“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Çölçü” filmi Kəlküttə beynəlxalq “Cult” filmləri festivalının “Golden Fox Awards” (“Qızıl tülkü”) mükafatının qalibi olub. Kinostudiyadan verilən məlumata görə, Hindistanın Kəlküttə şəhərində dekabrın 5-6-da keçiriləcək festivalın mükafatlandırma mərasiminə filmin rejissoru Şamil Əliyev dəvət alıb.
25 Sentyabr 2017 15:11 Teatr və kino"Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Çölçü" filmi Kəlküttə beynəlxalq "Cult" filmləri festivalının "Golden Fox Awards" ("Qızıl tülkü") mükafatının qalibi olub.
Kinostudiyadan verilən məlumata görə, Hindistanın Kəlküttə şəhərində dekabrın 5-6-da keçiriləcək festivalın mükafatlandırma mərasiminə filmin rejissoru Şamil Əliyev dəvət alıb.
Qeyd edək ki, "Çölçü" bədii filmi indiyədək 32 beynəlxalq kinofestivalda və forumlarda nümayiş olunub və müxtəlif mükafatlar qazanıb.