Gündəm
“Həmrəylik” gənclərin yay düşərgəsi keçirilib
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Həmrəylik” gənclərin yay düşərgəsi layihəsi həyata keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, layihənin əsas məqsədi Azərbaycanda təhsil alan xarici tələbələri və yerli gəncləri yay düşərgəsində bir araya toplayaraq, onların tolerantlıq mədəniyyətinin artırılmasına, həmrəylik anlayışının dərki, əməkdaşlığının güclənməsinə töhfə vermək üçün şərait yaratmaq olub.
Azərbaycan Tokioda keçirilən “JATA 2017” beynəlxalq turizm sərgisində təmsil olunub
Yaponiyanın Tokio şəhərində keçirilən "JATA 2017" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi iştirak edib. “OLAYLAR”-ın nazirliuyə istinadən verdiyi xəbərə görə, 21-24 sentyabr tarixlərində keçirilən beynəlxalq sərgi çərçivəsində Azərbaycanın iştirakı GUAM-a üzv dövlətlərlə birlikdə xüsusi statusda həyata keçirilmişdir. Belə ki, 36 kv.m. sahəsi olan stenddə Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna və Moldovanın turizm imkanları birgə əks olunub. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun baş məsləhətçisi Türkan İsmayılova və “AGTravel” turizm şirkətinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
Bakıda BP binasında tüstülənmə: işçilər təxliyə edildi - YENİLƏNİB
Bakıda BP şirkətinin ofisində tüstülənmə olub. Hadisə şirkətin paytaxtın Neftçilər prospekti 153 ünvanında yerləşən ofisində baş verib. Şirkətin binasının birinci mərtəbəsindəki idman zalında naqillərdə qısaqapanma olub. Qısaqapanma ilə əlaqədar şirkətin binada olan bütün işçiləri təxliyə edilib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən briqadası cəlb edilib və qısaqapanmanın yanğına keçməsinin qarşısı alınıb.
"Dominos pizza"da sevişən cütlük üzr istədi - "Çox peşmanam, özümdə deyildim"
Bu ilin fevral ayında "Dominos pizza"da hər kəsin gözü qarşısında cinsi əlaqədə olan cütlük "The Sun" vasitəsi ilə hər kəsdən üzr istəyib. Fevral ayında kassanın qarşısında 31 yaşlı sevgilisi ilə cinsi əlaqədə olan 29 yaşlı Daniella Hirst hərəkətinə görə peşman olduğunu söyləyib. O bildirib ki, həmin vaxt sərxoş olub. Buna səbəb isə onların həbsə girmək təhlükələrinin olmasıdır.
Bakıda çalışan gənc mədəniyyət işçiləri ilə görüş təşkil olunub
Sentyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Mərkəzin nəzdində yaradılan "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" nun Bakı şəhəri üzrə üzvləri ilə ilk görüşü təşkil olunub. Görüşdə məqsəd gənc mədəniyyət işçilərinin fəaliyyət istiqamətlərində innovasiya və kreativliyi artırmaq üçün planlamalar, Bakıdakı gənc mədəniyyət işçilərinin daimi olaraq əlaqədə qalmaları və informasiya mübadiləsi üçün virtual müstəvidəki fəaliyyətin aparılması, Azərbaycan milli mədəni irsinin Bakıda qonaq olan turistlərə düzgün çatdırılması, işgüzar yaradıcı mühitdə daha effektiv koordinasiya işlərinin görülməsi və regionlardakı gənclərin ideya zənginliyinin artırılması istiqamətində işlərin fəallaşdırımasıdır.
Ərdoğan: "Türkiyə-Aİ münasibətləri teatr oyununa çevrilib"
Türkiyə islahatları davam etdirəcək, lakin Avropa İttifaqına (Aİ) daxil olmaq üçün yox. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı qeyd edib ki, Türkiyə hökumətində islahatlara ehtiyac vardı və islahatlar aparıldı.
Bu tibb işçilərinin fəaliyyəti dayandırılacaq - NAZİRLİK AÇIQLADI
Səhiyyə nazirinin əmrinə uyğun olaraq 2017-2018-ci tədris ilindən tibb işçilərinin davamlı tibbi təhsil sisteminə keçidi başlanıb. Bunu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Nazim Qasımov bu gün keçirilən mətbuat konfransında bildirib. Direktor deyib ki, bu sistemin məqsədi səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır. Onun sözlərinə görə, bununla bağlı səhiyyə nazirinin verdiyi əmrin icrası məqsədilə artıq institutun 5 kafedrasında - sinir xəstəlikləri, anesteziologiya və reanimatologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedraları üzrə davamlı tibbi təhsilin 2017/2018-ci tədris ilindən tətbiqi pilot layihəsi üçün təkmilləşdirmə kursları təşkil olunub:
Azərbaycanda narkomanlar cinayət məsuliyyətindən azad olunur
Azərbaycanda narkomanlar cinayət məsuliyyətinə cəlb edilməyəcək. Bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunur. Yeni maddəyə görə, məcəllənin 234.1-ci maddəsində (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir.
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edəcəyik" - ATƏT PA
ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfəri çərçivəsində Masazırda məcburi köçkünlərlə görüşüb. Xüsusi nümayəndə məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub, onlarla söhbət aparıb. Məcburi köçkünlər ATƏT PA rəsmisinə doğma torpaqlarının 25 ildən artıqdır erməni işğalı altında qalması ilə bağlı narazılıqlarını çatdırıblar.
Rusiyada dünya çempionunu öldürən Anar barədə polisdən gözlənilməz açıqlama
Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun azərbaycanlı Anar Allahverənov tərəfindən qətlinin araşdırılması davam edir. Anarın reputasiyası və qohumluq əlaqələri (onun böyük qardaşı analoji cinayətə görə hazırda həbsdədir - red.) nəzərə alınaraq, İstintaq Komitəsi onun başqa cinayətlərdə iştirakını yoxlayır. Hazırda Rusiya İstintaq Komitəsinin Xabarovsk diyarı üzrə idarəsinin müstəntiqləri cinayət işinin araşdırılması çərçivəsində Anar Allahverənovun hərəkətlərindən digər zərərçəkənləri axtarır. İdarə Anar Allahverənovun hərəkətlərindən zərərçəkən vətəndaşları idarənin saytında göstərilən telefonlarla müraciət etməyə çağırıb.
Keçmiş işçisi "Çudo Peçka"nı məhkəməyə verdi
Hazırda fəaliyyəti dayandırılmış "Çudo Peçka" mağazalar şəbəkəsinin əməkdaşları maaş probleminə görə məhkəməyə üz tutublar. Əməkdaşlardan biri Səbinə Həsənova Binəqədi Rayon Məhkəməsinə müraciət edərək şirkət tərəfindən verilməyən bir neçə aylıq maaşının ödənilməsini tələb edib.
“Xəzər həftəsi” ilə əlaqədar tədbir keçirilib
“Beynəlxalq dəniz günü”nün yüksək səviyyədə qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış müvafiq tədbirlər planına əsasən 25-30 sentyabr tarixlərində “Xəzər həftəsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında iməciliklərin keçirilməsi, Xəzərin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər mövzusunda dəyirmi masaların, seminarların təşkil olunması və ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulub. "Olaylar" bildirir ki, sentyabrın 25 - də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin Xəzərin ətraf mühitinin birgə mühafizəsinə cəlb olunması və gənc nəslin ekoloji maarifləndirilməsi məqsədilə “Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, qarşıda duran perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
“Səbinə Sultanova təyyarədə şalvarını aşağı çəkib, ekipaj üzvlərini dişləmək istəyib...”
London “City Bank”ın əməkdaşı Səbinə Sultanova “British Airways” aviaşirkətini məhkəməyə verib. Qadının iddiasına əsasən aviaşirkətin təyyarəsində Dubaya uçarkən heyət üzvləri ona hücum edib, boğmağa çalışıb və zor tətbiq edib. İnsidentin bu ilin martında baş verdiyi bildirilir.Şirkət isə bu iddianı qəti təkzib edir, bildirir ki, Səbinə Sultanova təyyarədə şalvarını çıxarıb, heyət üzvlərini dişləməyə çalışıb. Londonda yaşayan 34 yaşlı azərbaycanlı Səbinə Sultanova iddia ərizəsində göstərir ki, ad günündə “British Airways” şirkətinin reysi ilə Dubaya uçurdu. Təyyarə Dubay aeroportuna enəndə ekipaj heç bir səbəb göstərmədən onu düşməyə qoymayıb, təyyarəyə zorla geri çəkib və bu zaman qadının gödəkçəsi dartılaraq onun boğazını sıxıb. Nəticədə qadının boğazında göyərmə və sıyrıqlar yaranıb. Britaniya vətəndaşı olan Səbinə Sultanova iddia edir ki, aldığı xəsarətlərə görə bir neçə gün udquna bilməyib.
Meyxanaçı Namiq Mənaya AYB - dən vəzifə verildi
Tanınmış bədihə (meyxana) ustası Namiq Məna sədr seçilib. Məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinə sədr seçkisi keçirilib. Yeni yaradılan Qubadlı bölməsinə AYB Katibliyinin qərarı ilə bədihə ustası Namiq Məna təsdiq olunub. O, ədəbi ictimaiyyətə təqdim olunub.
Muğanlı-İsmayıllı yolunda payız-qış mövsümünə hazırlıq işləri görülür
Payız-qış mövsümü ilə əlaqədar olaraq “Azəravtoyol” ASC tərəfindən avtomobil yollarında kompleks tədbirlər həyata keçirilir, dağlıq ərazilərdən və sürüşmə zonalarından keçən yollarda qabaqlayıcı addımlar atılır. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirlər çərçivəsində Muğanlı-İsmayıllı avtomobil yolunun 1-10-cu km-lik hissəsində təmir-bərpa işləri görülür. Sözügedən yolun sürüşmə ərazilərindən keçən hissələrində bərkitmə işləri aparılır, yolun çiyinləri artıq qruntdan təmizlənərək genişləndirilir.














