Bakıda çalışan gənc mədəniyyət işçiləri ilə görüş təşkil olunub

Sentyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Mərkəzin nəzdində yaradılan "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" nun Bakı şəhəri üzrə üzvləri ilə ilk görüşü təşkil olunub. Görüşdə məqsəd gənc mədəniyyət işçilərinin fəaliyyət istiqamətlərində innovasiya və kreativliyi artırmaq üçün planlamalar, Bakıdakı gənc mədəniyyət işçilərinin daimi olaraq əlaqədə qalmaları və informasiya mübadiləsi üçün virtual müstəvidəki fəaliyyətin aparılması, Azərbaycan milli mədəni irsinin Bakıda qonaq olan turistlərə düzgün çatdırılması, işgüzar yaradıcı mühitdə daha effektiv koordinasiya işlərinin görülməsi və regionlardakı gənclərin ideya zənginliyinin artırılması istiqamətində işlərin fəallaşdırımasıdır.

Sentyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Mərkəzin nəzdində yaradılan "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" nun Bakı şəhəri üzrə üzvləri ilə ilk görüşü təşkil olunub.

Görüşdə məqsəd gənc mədəniyyət işçilərinin fəaliyyət istiqamətlərində innovasiya və kreativliyi artırmaq üçün planlamalar, Bakıdakı gənc mədəniyyət işçilərinin daimi olaraq əlaqədə qalmaları və informasiya mübadiləsi üçün virtual müstəvidəki fəaliyyətin aparılması, Azərbaycan milli mədəni irsinin Bakıda qonaq olan turistlərə düzgün çatdırılması, işgüzar yaradıcı mühitdə daha effektiv koordinasiya işlərinin görülməsi və regionlardakı gənclərin ideya zənginliyinin artırılması istiqamətində işlərin fəallaşdırımasıdır.

Tədbir çərçivəsində Ümumdünya Etnoidman Cəmiyyəti (EWS) arasında elmi müəsisələrdə çalışan əməkdaşların müasir peşəkarlıqlarına xidmət edən tədbirlərin görülməsi sahəsində əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək məqsədi ilə Anlaşma Memorandumu imzalanıb

EWS-nin prezidenti Aleksey Kılasov və Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev tərəfindən imzalanmış Memorandumda mədəniyyət və turizm təsisatlarının fəaliyyət istiqamətlərinin daha geniş əlaqələndirilməsi sahəsində bərabərhüquqlu, qarşılıqlı və səmərəli əməkdaşlıq çərçivəsində mövcud imkanlar və qarşılıqlı maraqlar istiqamətində əməkdaşlıq ediləcəyi qeyd olunur.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nümayəndəsinin və Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri Kamran İsrafilovun iştirakı ilə keçirilmiş tədbirə şəhərin bütün rayonlarını əhatə edən 200 nəfərədək gənc mədəniyyət işçisi iştirak etmişdir.

Görüşdə A.Kılasov, A.Usubəliyev, K.İsrafilov və "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" nun Metodiki Mərkəzin üzvləri sahənin cəmiyyətdəki nüfuzu, dövlətimizin inkişafında və xalqın rifahında mədəniyyət amili, təşəbbüskarlıq və kreativlik, müasir düşüncə və mənəvi sərvətimiz olan adət-ənənələrimiz, fəaliyyətimizin müasir formaları, mədəniyyət müəssisələrinin sosial imici, əməkdaşların peşəkarlığı, Azərbaycançılıq ideologiyasının təbliğində mədəniyyət müəssisələrinin rolu, vətənpərvərlik və mədəniyyət, sərbəst fəaliyyət, məhdud şərait və tükənməz arzular, bacarıqlarımızın və istəklərimizin nisbəti, əlavə maliyyə qazancı olan qrantlarla iş və s. mövzuları müzakirə etmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31