Muğanlı-İsmayıllı yolunda payız-qış mövsümünə hazırlıq işləri görülür
Payız-qış mövsümü ilə əlaqədar olaraq “Azəravtoyol” ASC tərəfindən avtomobil yollarında kompleks tədbirlər həyata keçirilir, dağlıq ərazilərdən və sürüşmə zonalarından keçən yollarda qabaqlayıcı addımlar atılır. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirlər çərçivəsində Muğanlı-İsmayıllı avtomobil yolunun 1-10-cu km-lik hissəsində təmir-bərpa işləri görülür. Sözügedən yolun sürüşmə ərazilərindən keçən hissələrində bərkitmə işləri aparılır, yolun çiyinləri artıq qruntdan təmizlənərək genişləndirilir.
25 Sentyabr 2017 15:35 SosialPayız-qış mövsümü ilə əlaqədar olaraq "Azəravtoyol" ASC tərəfindən avtomobil yollarında kompleks tədbirlər həyata keçirilir, dağlıq ərazilərdən və sürüşmə zonalarından keçən yollarda qabaqlayıcı addımlar atılır. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbirlər çərçivəsində Muğanlı-İsmayıllı avtomobil yolunun 1-10-cu km-lik hissəsində təmir-bərpa işləri görülür. Sözügedən yolun sürüşmə ərazilərindən keçən hissələrində bərkitmə işləri aparılır, yolun çiyinləri artıq qruntdan təmizlənərək genişləndirilir. Bundan başqa daödan axan yağış və qrunt sularının yolun asfalt-beton örtüyünün altına daxil olmasının qarşısını almaq məqsədi ilə drenajlar qazılır, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.
Hazırda da payız-qış mövsümünə hazırlıq məqsədi ilə görülən işlər davam etdirilir. Yaxın günlərdə qabaqlayıcı tədbirlər yolun 10-12 və 26-29-cu km-lik hissələrində də aparılacaq.
Ümumilikdə payız-qış mövsümünə hazırlıq çərçivəsində Muğanlı-İsmayıllı avtomobil yolunda görülən işlərə "Azəravtoyol" ASC-nin "9 №-li Yol İstismarı" MMC-i tərəfindən lazımi sayda canlı qüvvə və 10-dan artıq maşın-mexanizm cəlb olunub.