Gündəm

Söz və məlumat azadlığının təminatı bütün dövrlər üçün prioritetdir

25 Sentyabr 2017 17:46

Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması bütün dövrlər üçün prioritet olub desək yanılmarıq. Təbii ki, yalnız Sovetlərin dövrünü çıxmaq şərtilə. Necə ki, müstəqil Azərbaycanda günümüzdə söz və məlumat azadlığı, plüralizmin təmin edilməsi istiqamətində ciddi addımlar atılır, məqsədyönlü tədbirlər, islahatlar həyata keçirilir, eyni zamanda XX əsrin ilk on illiyində Şərqdə ilk demokratik respublika olaraq tanınan Azərbaycan Xalq Cümhuriyyətinin zamanında da fikir və söz azadlığı, media azadlığı əsas diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə də bu barədə geniş yazırdı. Dahi şəxsiyyət yazırdı ki,   hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır. O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun. Bu məsələni lazımınca dərk etmək və anlamaq istəyiriksə, onda gərək mətbuat tarixini oxuyub araşdıraq, onun vəzifələrini və müxtəlif vəziyyətlərini təhlil edək.

Təranə Səmədova: “Mənim uşağıma bic deyənin atası bəlli deyil”

25 Sentyabr 2017 17:34

ARB TV-nin "Düz bazar" verilişinə qonaq olan prodüsser Təranə Səmədova maraqlı açıqlamalar verib. Verilişdə azyaşlıların zorlanması mövzusunda gedən müzakirə zamanı prodüsser fikirlərini belə əsaslandırıb: "Bu cür mövzular mənə pis təsir edir. Mən uzun müddət uşağımın atasının kimliyini açıqlamadım. Bu, mənim özəlimdir. Müzakirəyə çıxarılmasını istəmirəm. Bunu açıqlamırdım deyə, keçmiş həyat yoldaşıma müəyyən təpkilər göstərdilər ki, niyə uşağına sahib çıxmırsan? O da oradan çıxış edib ki, mənim uşağım deyil. Həmin aqressiyanın qarşılığında mən susa bilmərəm axı.

“Əclafın” həbsxana məktublarından: “Ağlamaqdan çəkinmə, de Ermənistana dəstək versinlər...”

25 Sentyabr 2017 17:31

Xəbər verdiyimiz kimi tanınmış vəkil Elçin Qənbərov hüquq müdafiəçisi Leyla Yunusun həbsxana həyatı barədə kitab yazıb. Kitab “Leyla Yunusun parıltısı və alçaqlığı” adlanır. Vəkili bu kitabı yazmağa Leyla Yunusun azadlıqda olarkən özünü insan haqları uğrunda mübariz, hakimiyyətin barışmaz tənqidçisi kimi qələmə verdiyi halda həbsxanada olarkən hakimiyyətə necə yalvarması, hər cür alçaqlığa hazır olması məcbur edib. Həbsdən çıxıb ölkəni tərk edəndən sonra Leyla Yunus və əri yenidən əvvəlki “görkəmlərinə” qayıdılar, Azərbaycan hökumətinə və prezidentinə qarşı kampaniyaya başlayıblar.

“Əclafın” həbsxana məktublarından: “Ağlamaqdan çəkinmə, de Ermənistana dəstək versinlər...”

25 Sentyabr 2017 17:31

Xəbər verdiyimiz kimi tanınmış vəkil Elçin Qənbərov hüquq müdafiəçisi Leyla Yunusun həbsxana həyatı barədə kitab yazıb. Kitab “Leyla Yunusun parıltısı və alçaqlığı” adlanır. Vəkili bu kitabı yazmağa Leyla Yunusun azadlıqda olarkən özünü insan haqları uğrunda mübariz, hakimiyyətin barışmaz tənqidçisi kimi qələmə verdiyi halda həbsxanada olarkən hakimiyyətə necə yalvarması, hər cür alçaqlığa hazır olması məcbur edib. Həbsdən çıxıb ölkəni tərk edəndən sonra Leyla Yunus və əri yenidən əvvəlki “görkəmlərinə” qayıdılar, Azərbaycan hökumətinə və prezidentinə qarşı kampaniyaya başlayıblar.

Azərbaycanda xınanı yaxmaq problemi: dəbdəbə, rəqqasələr, göbək rəqsi...

25 Sentyabr 2017 17:30

Azərbaycan cəmiyyətinin dəbdəbəli, həddən artıq israfçı toy ənənələri vaxtaşırı olaraq müzakirə olunur, bu ənənələri dəyişməyin vacibliyi haqda fikirlər səslənir. Hətta bir ara məsələni qanunvericiliklə tənzimləmək məsələsi də gündəmə gəlmişdi. Lakin israfçılıq sayılan mərasimlərin çeşidi get-gedə artır. İndi nəinki toyları, hətta elçilik, həri, nişan, qızgördü, ayaqaçdı, xınayaxdı kimi mərasimlərin də dəbdəbəli qeyd olunması ənənəsi formalaşır. O cümlədən övladının ali məktəbə qəbul olmasını şadlıq sarayında yüzlərlə qonağın iştirakı ilə qeyd edənlər tapılır. Məsələn, bu yaxınlarda  Bakının məşhur  restoranlarından birində təşkil olunan belə məclisdə müğənni İzzət Bağırovun cangüdəni ilə məclis sahibi arasında düşən qanlı dava tələbə atasının ölümcül yaralanması, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnmişdi.

“Qarabağ”–“Roma” görüşünün tamaşaçıları üçün BNA xüsusi ekspress xətt avtobusları təşkil edəcək

25 Sentyabr 2017 17:23

27.09.2017 tarixində Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”–“Roma” görüşünü izləyəcək biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılan xüsusi ekspress xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də taksi minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılacaq. 

Ekologiyaya zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür

25 Sentyabr 2017 17:22

Ətraf mühitin qorunması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün əsas davamlı inkişaf meyarlarından biridir. AXDG gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan şlamların, işlənmiş yağların, yanacaq, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ekologiyaya zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, yanvar-iyul aylarının nəticələrinə görə,  Cəmiyyətin həm sahil, həm də dəniz obyektlərində formalaşan 81295.6 ton çirkab məişət-təsərrüfat suyu, 2943.81 ton neftli döşəməaltı su, 50.091 ton yağlı əski, 35,43 ton sintetik propilen buraz qalığı, 0,92 ton istifadə müddəti bitmiş kimyəvi məmulat bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

“İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği“ mövzusunda tədbir keçirilib 

25 Sentyabr 2017 17:20

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsu şəhər “Nuran Xatun” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği“ layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, çıxışlarda İslam dininin humanizm, tolerantlıq xüsusiyyətləri aşıladığı, eyni zamanda insanlara dostluq, qardaşlıq, sülh yolu göstərməsi diqqətə çatdırılıb və milli-mənəvi dəyərlərimizin qorunmasının, həmçinin gələcək nəsillərə çatdırılmasının vacibliyi xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi dövlətimizin tolerant dəyərlərə yüksək önəm verməsinin sübutudur.

Cəbhə bölgəsində yerləşən hərbi hissədə  döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib 

25 Sentyabr 2017 17:19

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri döyüş növbətçiliyinə daxil olan bölmələri təbrik edərək tövsiyə və tapşırıqlarını verib.

“Paşa Həyat Sığorta” ASC-nin hədiyyə etdiyi Qarabağ haqqındakı kitab MRY bazasına daxil edilib

25 Sentyabr 2017 17:13

 “Paşa Həyat Sığorta” şirkətinin dəstəyi ilə nəşr edilən “Qarabağ - əsrlərin salnaməsi” adlı kitab AMEA Mərkəzi Elmi Kitabxanasına təqdim olunub. “İrs” seriyasının yeni nəşri olan kitab Azərbaycanın dilbər guşəsi Qarabağın faciəli taleyinə həsr edilib. Nəşrdə bu ərazinin tarixindən, qarabağlıların mərdliyindən, keşməkeşli həyatından, habelə XX əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur. Kitab “Azıx mağarası”, “Məğrur albanlar”, “Monqol istilası”, “Müharibələrarası dövr”, “Pənahəli xan Qarabağlı”, “Yenilməz Şuşa”, “Çətin seçim”, “Əcdadların torpağı uğrunda”, “Nə unutmaq, nə də bağışlamaq” fəsillərindən, proloq və epiloqdan ibarətdir. Bu fəsillərin hər birində mövzu elmi, tarixi mənbələrə istinadla mükəmməl əhatə olunub. Məsələn, “Azıx mağarası” fəsli oxucuda bu məkanın qədimliyi haqqında dolğun təsəvvür yaradır:

Çavuşoğlu: “Türkiyə hərbi əməliyyata başlayacaq”

25 Sentyabr 2017 17:07

“Şimali İraq kürd muxtariyyəti türkman qardaşlarımıza qarşı hər hansı müdaxilə edərsə, Türkiyə tərəfindən dərhal hərbi əməliyyata başlanılacaq”. Bu haqda ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

16 mərtəbəli binada yanğın olub

25 Sentyabr 2017 16:42

Bakının Səbail rayonunda onaltımərtəbəli inzibati binanın birinci mərtəbəsində yerləşən otaqda kompyuter avadanlığı yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, otaq və digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın saat 13:38-də söndürülüb.

Qarabağ-Roma oyununda ən yaxşı futbolçu mükafatlandırılacaq

25 Sentyabr 2017 16:39

UEFA Çempionlar Liqası C qrupunda yer alan Qarabağ və Roma klubları 2-ci turda sentyabrın 27-də Bakıda qarşılaşacaq. İtaliya İdman Yazarları İdarə Heyəti (USSI) üzvü Dündar Keşaplının sədri olduğu İtaliya-Azərbaycan Dostluq və İşbirliyi Dərnəyi tərəfindən hər iki komandanın ən yaxşı oyunçusuna ayrı ayrılıqda mükafat veriləcək. Qurumdan “Olaylar”a verilən məlumata görə, qarşılaşmanın ən yaxşı oyunçuları Bakı Olimpiya Stadionunun mətbuat tribunasında yer alan İtaliya və Azərbaycan jurnalistləri arasında keçirilən sorğu əsasında müəyyənləşəcək. Dərnək başqanı  Keşaplı həmçinin son illər böyük inkişaf yolu keçən Azərbaycan idmanı haqqında danışıb. O Azərbaycanda idmana verilən önəm və dəyərin günü gündən daha da artdığını qeyd edib:

Stavropolda VIII Rusiya - Azərbaycan Regionlararası Forumu keçiriləcək

25 Sentyabr 2017 16:37

Sentyabrın 28-də Rusiya Federasiyasının Stavropol şəhərində VIII Rusiya- Azərbaycan Regionlararası Forumu keçiriləcək. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Forumda hər iki ölkənin dövlət rəsmiləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, ticarət, turizm, tikinti, maliyyə və konsaltinq, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.