Gündəm

Sakit okeanda 6,4 bal gücündə zəlzələ

26 Sentyabr 2017 10:09

Sakit okeanda 6,4 bal gücündə zəlzələ olub. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata görə, yeraltı təkanlar okeanın Fici adaları yaxınlığında qeydə alınıb. Yeraltı təkanların dərinliyi 98 kilometr olub.

Kürdlərin referendumu İsrail və ABŞ bayraqları ilə bayram edildi

26 Sentyabr 2017 10:07

Şimali İraqda keçirilən referendumun nəticələri açıqlanmamış Ərbil əhalisi küçələrə axışaraq bayram keçirib. Nümayişlərdə İsrail bayraqları ilə yanaşı, ABŞ bayraqları da dalğalanıb. İraqın şimalındakı Kürd muxtariyyətinin müstəqillik əldə etməsi üçün təşkil edilən referenduma dəstək verən ilk ölkə İsrail olmuşdu.

Dünyanın ən bahalı brendləri açıqlandı

26 Sentyabr 2017 09:52

“Interbrand” konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin illik reytinqini açıqlayıb. “Apple” korporasiyası ardıcıl olaraq beşinci il birinci yeri tutub.

Oktyabr ayı Milli Dram Teatrında

26 Sentyabr 2017 09:37

Akademik Milli Dram Teatrının oktyabr ayı üçün nəzərdə tutulan repertuarı açıqlanıb. Qurumun mətbuat xidmətindən "Olaylar" - a verilən məlumata görə, növbəti ay üçün nəzərdə tutulan repertuarda klassik və çağdaş əsərlər əsasında hazırlanan maraqlı tamaşalar yer alıb. Səhnə əsərləri saat 12:00 və 19:00-da təqdim olunacaq.

Səfirlik  mühasirəyə alındı

26 Sentyabr 2017 09:18

Mikroavtobus atəşə tutuldu

26 Sentyabr 2017 09:15

Türkiyənin Ağrı şəhərində PKK terrorçuları qeyri-leqal miqrantları daşıyan mikroavtobusu atəşə tutublar. Mikroavtobusun atəşə tutulması nəticəsində 3 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

"Azərbaycanın Milli qəhrəmanları" filmi nümayiş olunub

26 Sentyabr 2017 09:11

Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində və mədəniyyət müəssisələrində 15 sentyabrdan etibarən kino mövsümü başlayıb. "Olaylar" bildirir ki, İdarənin Müşviqabad qəsəbə Mədəniyyət evində "Azərbaycanın Milli qəhrəmanları" filmi nümayiş etdirilib. Film nümayişləri qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb.

Fövqəladə vəziyyət elan olundu

25 Sentyabr 2017 20:23

İraqın Kərkük şəhərində fövqəladə vəziyyət elan olunub. Bu barədə Kərkük Şəhər Polis İdarəsinin mətbuat katibi Əfrasiyab Kamil məlumat verib. Onun sözlərinə görə, "referendum"dan sonra baş verə biləcək hansısa təxribatın qarşısının alınması məqsədilə əhaliyə gecə saatlarında küçəyə çıxmamaqla bağlı xəbərdarlıq olunub, şəhərin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Fövqəladə vəziyyət sabaha qədər qüvvədə olacaq.

Cəlilabadda yanğının meşə sahəsinə keçməsinin qarşısı alındı

25 Sentyabr 2017 20:16

Cəlilabad rayonunun Zopun kəndi yaxınlığındakı bələdiyyə ərazisində, Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 4 saylı dolayının sərhədində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar" -a  verilən məlumata görə, bələdiyyə ərazisində baş verən yanğının meşə fonduna keçməməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dəstəsinin nümayəndələri cəlb edilib.

Yaponiyada "ağıllı" geyim üçün elastik günəş panelləri yaradılıb

25 Sentyabr 2017 20:05

Yaponiyadan olan alimlər qrupu tərəfindən hazırlanmış elastik və su keçirməz günəş panelləri müxtəlif sensorlarla təchiz edilmiş “ağıllı” geyim istehsalında geniş tətbiq edilə bilər. Alimlər panellərdə aktiv qat kimi orqanik polimerlərdən istifadə ediblər. Elementlər su və oksigenin təsirindən müdafiə üçün parilen adlı polimerlə örtülüb.

Bu smartfonun kamerası “ən yaxşı” adına layiq görülüb

25 Sentyabr 2017 19:30

Kameraların peşəkar müqayisəsi ilə məşğul olan və “DxOMark” xidmətinə malik “DxO Labs” şirkəti 12 sentyabrda təqdim edilmiş “iPhone 8 Plus” smartfonunun kamerasının işini maksimum balla qiymətləndirib. Sözügedən smartfon yoxlama zamanı 94 bal toplayıb. “iPhone 8” smartfonunda bu göstərici 92 bala bərabərdir. Beləliklə, “DxOMark” xidməti tərəfindən tərtib edilmiş reytinqdə “Apple”ın yeni qurğuları bundan əvvəl liderlik edən “Google Pixel” və “HTC U11” smartfonlarını sıxışdıraraq ilk yerləri tutublar. İndi “iPhone 7 Plus” və “iPhone 7” smartfonları müvafiq olaraq beşinci və altıncı yerləri bölüşürlər.

İndoneziyada vulkan təhlükəsi: Bu dəfə 50 min insan...

25 Sentyabr 2017 19:10

İndoneziyanın Bali adası vulkan püskürməsi təhlükəsi ilə üz-üzə qalıb. Adadakı Aqunq vulkanından yüksələn duman buludu və bölgədə hiss edilən zəlzələlər fövqəladə vəziyyətin yaranmasına səbəb olub. Bölgənin yaşayış obyektlərindən 50 000 sakin təxliyə edilib. Sakinlər ada ətrafındakı müvəqqəti düşərgələrdə, idman zallarında və qonaq evlərində yerləşdirilib.

Niyam Səidəyə evlilik təklifi etməsi haqda: "Cəhənnəmə gəlsin..."

25 Sentyabr 2017 18:45

Müğənni Niyam Salami “Zümrüd və Suad” şounun qonağı olub. Sənətçi həmkarı Səidə Sultana evlilik təklifi etməsi haqda sualları cavablandırıb:

"Windows" istifadəçilərinə XƏBƏRDARLIQ

25 Sentyabr 2017 18:20

"Cisco Talos"un mütəxəssisləri "Windows" əməliyyat sistemi ailəsinin optimallaşması və "təmizlənməsi" üçün nəzərdə tutulmuş məşhur "Ccleaner" tətbiqi ilə əlaqəli xoşagəlməz insident haqda xəbərdarlıq ediblər. Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən APA-ya verilən məlumata görə, tədqiqatçıların məlumatlarına əsasən, naməlum xakerlər 15.08.2017-ci ildən 12.09.2017-ci ilədək tətbiqə nüfuz edərək "Floxif" troyanını yaymağa müvəffəq olublar. Mütəxəssislər bildirirlər ki, "CCleaner 5.33"-ün rəsmi versiyası ilə tanış olarkən tətbiqin şübhəli domen ilə əlaqələndiyini müşahidə ediblər.