Gündəm

Erməniyə qalib gələn boksçumuz bürünc medal qazandı

26 Sentyabr 2017 11:02

Bolqarıstan Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. Azərbaycan millisi yarışda 2 bürünc medal qazanıb. Vaqif Kazımovun komandasında Səlim Səlimov (63 kq) və Murad Allahverdiyev (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Belə ki, Səlimov Miçak Jarlinski (Polşa) və Elvin Əliyevə (Ukrayna) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ingiltərəli Cek Olifantla qarşılaşan boksçumuz finala adlaya bilməyib.

Prezident İlham Əliyev Angela Merkeli təbrik edib

26 Sentyabr 2017 11:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə təbrik məktubu ünvanlayıb.

Məşhur rəsm əsəri 400 ildən sonra tapıldı

26 Sentyabr 2017 10:59

Dünyanın məşhur rəsm əsəri 400 ildən sonra tapılıb. BBC xəbər verir ki, flamand rəssamı Piter Paul Rubensin həmin əsəri “Buckingham Duke” adlanır. XVII əsrdə yaşamış sənətçinin portreti “BBC Four” kanalında yayımlanan “Britaniyanın itmiş şah əsərləri” proqramında Bendor Qrosvenor tərəfindən təqdim edilib.

Adolf Hitler nüvə bombası hazırlayıb— Gizli mərkəz üzə çıxdı

26 Sentyabr 2017 10:58

Dəfinə ovçuları Almaniyada yeni arxeoloji kəşfə imza atıblar. Oranienburq şəhəri ətrafında tapılan əşya nasistlərin nüvə bombasının komponenti olub. Həvəskar arxeoloqun fikrinə əsasən, radiaktiv metal parçası İkinci dünya müharibəsi dövründə gizli tədqiqat mərkəzinin mövcudluğunu sübut edir. Bu mərkəzdə nüvə silahı hazırlanıb.

Koreyada “Avrasiya Altay Mədəniyyətlərarası Qarşılaşma" adlı festival keçirilib

26 Sentyabr 2017 10:56

Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə Katibi İlhamə Qasımzadə Cənubi Koreyanın paytaxtı Seulda türkdilli dövlətlərin nümayəndələrinin iştirakı ilə baş tutan "Avrasiya Altay Mədəniyyətlərarası Qarşılaşma" adlı festivalında iştirak edib. Qurumdan “OLAYLAR”-a bildirilib ki, festival Seul şəhər Bələdiyyəsinin dəstəyi ilə Avrasiya Mədəniyyət İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilib. Festivalın keçirilməsində məqsəd Koreya Respublikasının türksoylu tarixini nəzərə alaraq türkdilli dövlətlərin gəncləri arasında əməkdaşlığı və mədəni mübadiləni artırmaqdır.

Düşmən atəşkəs rejimini intensiv şəkildə pozur

26 Sentyabr 2017 10:54

 “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 152 dəfə pozub.

Millimiz yeni rekordla Avro-2019-da

26 Sentyabr 2017 10:53

Qadın voleybolçulardan ibarət Azərbaycan milli Avropa çempionatının final mərhələsində ardıcıl 3 qələbə qazanmaqla tarixi nailiyyətə imza atıb. Ardıcıl 7-ci dəfə həlledici mərhələdə çıxış edən yığmamız ilk dəfə qrup mərhələsini birinci yerdə başa vurub. Bunadək ən yaxşı halda qrup ikinciliyi ilə növbəti raunda yüksələn Faiq Qarayevin yetirmələri 12 il əvvəlki rekordunu doğma divarlar arasında yeniləyib.

Nazim yenidən Türkiyəyə müayinəyə getdi

26 Sentyabr 2017 10:50

"Faytonçu" ləqəbli müğənni Nazim Pişyari səhhətindəki problemlə bağlı yenidən Türkiyəyə yollanıb. Sənətçi sağlamlığı ilə bağlı xəbərləri İnstaqramda bölüşüb.

Şoumendən hamilə qalıb, abort etdirən müğənni canlı yayımda hönkürdü - VİDEO 

26 Sentyabr 2017 10:44

Məşhur şoumen Mehmet Ali Erbilin hamilə edib, sonra da uşağını abort etdirmək istədiyi keçmiş sevgilisi müğənni Nevin canlı yayıma çıxaraq ağlayıb. Nevin məcbur qalaraq uşağı abort etdirib.

Ceyms Appaturay: NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir

26 Sentyabr 2017 10:41

NATO ilə Azərbaycan arasında etibarlı tərəfdaşlıq mövcuddur. Məlumata görə, bunu NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıda “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı: gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri” mövzüsunda keçirilən tədbirdə deyib. 

Bakı və Abşeronda 20 yaşayış məntəqəsi palçıq vulkanının ərazisində salınıb

26 Sentyabr 2017 10:38

Bakıda və Abşeron yarımadasında təxminən 20 yaşayış məntəqəsi palçıq vulkanlarına yaxın ərazidə salınıb. Bunu  Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib. Bu gün Azərbaycanda 400-dən çox palçıq vulkanın yerləşdiyini deyən N.Paşayev qeyd edib ki, palçıq vulkanlarının yerləşməsinə görə Azərbaycan dünyanın unikal ərazilərindən biri sayılır. Onun sözlərinə görə, əvvəllər yaşayış məntəqələrinin hamısı palçıq vulkanlarından kənarda salınırdı. Ancaq son illər əhalinin Bakıya axınının nəticəsində insanlar vulkanların olduğu ərazilərdə də məskunlaşmağa başlayıblar.

Yunanıstanda TƏTİL - Bu dəfə KİV-lər edir

26 Sentyabr 2017 10:36

Həmkarlar İttifaqının qərarı ilə Yunanıstanın bütün kütləvi informasiya vasitələri (KİV) 24 saatlıq tətil edir. Bu addımla əlavə sosial sığorta sisteminin saxlanması, KİV əməkdaşlarının əmək və sosial hüquqlarının pozulmasının dayandırılması tələb olunur. Beləliklə, sentyabrın 27-si səhər saat 06:00-dək radio və televiziyalarda xəbər buraxılışı olmayacaq, saytların əksəriyyəti işləməyəcək.

Bakı-aeroport yolunda TƏHLÜKƏLİ ANLAR: DYP qovdu “07” qaçdı - VİDEO

26 Sentyabr 2017 10:30

Bir neçə dəqiqə bundan əvvəl Bakı-aeroport yolunda təhlükəli anlar yaşanıb.  Aeroport istiqamətində hərkət edən "VAZ-2107" markalı avtomobil DYP əməkdaşının əmrinə tabe olmayıb. Nəticədə YP 519 nömrəli yol polisinə məxsus maşın avtoxuliqanı təqib etməyə başlayıb. Sürətlə hərəkət edən və təhlükəli manevrlər edən VAZ-2107 digər hərəkət iştirakçıları üçün həyəcanlı anlar yaşadıb.

Ağ Evdə TERROR HƏYƏCANI

26 Sentyabr 2017 10:27

Amerika Birləşmiş Ştatları prezidentinin baş qərargahı olan Ağ Evdə terror həyəcanı yaşanıb.  ABŞ-ın Gizli Kəşfiyyat İdarəsi əməkdaşları Ağ Evin yanında silahla dolu avtomobil aşkar edib. Avtomobilin içində 9 ədəd silah, 3 bıçaq, silahsusdurucu və müxtəlif sursatlar olub. Rəsmi açıqlamaya görə, hadisə ilə bağlı bir şübhəli şəxs nəzarətə götürülüb.

“Titanik”in batmasına kiçik buz kütləsi səbəb ola bilərdimi? - ŞOK TARİXİ FAKTLAR

26 Sentyabr 2017 10:12

İnsanlıq tarixində ən böyük nəqliyyat qəzalarının önündə gələn, üzərindən 100 il keçsə belə, hekayəsi dillərdən düşməyən, dövrünün ən müasir texnologiyalarına sahib olan nəhəng “Titanik” gəmisinin batmasına həqiqətənmi kiçik bir buz kütləsi səbəb olub?