Ceyms Appaturay: NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir

NATO ilə Azərbaycan arasında etibarlı tərəfdaşlıq mövcuddur. Məlumata görə, bunu NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıda “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı: gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri” mövzüsunda keçirilən tədbirdə deyib. 

NATO ilə Azərbaycan arasında etibarlı tərəfdaşlıq mövcuddur. Məlumata görə, bunu NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıda "Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı: gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri" mövzüsunda keçirilən tədbirdə deyib. C.Appaturay bildirib ki, Azərbaycan Əfqanıstanda və digər ərazilərdə NATO missiyası çərçivəsində həyata keçirilən sülhməramlı tədbilərə dəstək verir: "Həm Azərbaycan, həm də NATO bu əməkdaşlıqdan faydalanır. NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31