Gündəm

Bərzaninin arvadı bu geyimi ilə dünyaya mesaj verdi

26 Sentyabr 2017 11:41

Şimali İraq Kürdüstan Muxtariyyətinin baş naziri Nəçirvan Bərzaninin həyat yoldaşı Nəbilə Bərzaninin referenduma gələrkən geyindiyi geyim müzakirələrə səbəb olub.

Türkiyəli idmançı reanimasiyaya yerləşdirildi

26 Sentyabr 2017 11:36

Türkiyəli ağırlıqqaldıran Naim Süleymanoğlunun səhhətində problem yaranıb. Bolqarıstan əsilli 3 qat Olimpiya çempionu Bakırköydə xəstəxanaya yerləşdirilib. O, qaraciyər serozundan əziyyət çəkir. Süleymanoğlunun yaxın dostu və doktoru Adnan Bağrıaçıq bildirib ki, idmançıya transplantasiya edilməsə, həyatı təhlükədə olacaq: "Onu qaraciyər çatışmazlığı var. Qısa bir zamanda onun bu orqanı dəyişdirilməzsə, həyatını itirəcək. Süleymanoğlu saysız medallar qazandırmış və rekordlar vurmuş idmançımızdı. Hazırda reanimasiyadadı".

Filippin prezidentinin mühafizəçisi öldürülüb

26 Sentyabr 2017 11:33

Filippin prezidenti Rodriqo Dutertenin mühafizə xidmətinin əməkdaşı qətlə yetirilib. Mühafizəçinin meyiti dövlət başçısınımn iqamətgahının yaxınlığında tapılıb. Hazırda qətlin səbəbləri araşdırılır.

Minsk qrupunun yeni amerikalı həmsədri Azərbaycana səfərini səbirsizliklə gözləyir

26 Sentyabr 2017 11:31

ATƏT-in Minsk qrupunun yeni həmsədri Endryu Şefer yaxın həftələrdə regiona səfər edəcək. Bu barədə E.Şefer məlumat verib. O qeyd edib: "Yaxın həftələrdə həmkarlarımla - həmsədrlər İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) ilə birgə regiona səfərimi səbirsizliklə gözləyirəm". Yeni həmsədr səfərlə bağlı təfərrüatları açıqlamayıb.

ABŞ Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə 30 milyon dollar yardım edib

26 Sentyabr 2017 11:27

“Ceyrançöl layihəsi başlayandan ABŞ ona dəstək verib”.  Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı və gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri" adlı tədbirdə çıxışı zamanı deyib.

Ölkə ərazisində şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub- Faktiki hava

26 Sentyabr 2017 11:25

Sentyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisindəhava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, düşən yağıntının miqdarı Böyük Qafqazda 16-80, Mərkəzi-Aran rayonlarında 1-20, Lənkəran-Astara zonasında 1-8, Naxçıvan MR-da 1-6 mm təşkil edib.

"Prezident BMT tribunasından ermənilərə aprel döyüşlərini xatırlatdı"

26 Sentyabr 2017 11:21

"Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həllində ikili siyasət yeridildiyini, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı təşkilatın 4 qətnaməsinin 20 ildən artıqdır ki icra olunmadığını bir daha dünya ictimaiyyətinə çatdırmış oldu". Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.

"Qarabağ" meydana 1, "Roma" 3 hücumçu ilə çıxır

26 Sentyabr 2017 11:19

Ölkəmizi Çempionlar Liqasında (ÇL) təmsil edən "Qarabağ" sabah qrup mərhələsi çərçivəsində ikinci görüşünü keçirəcək. Komandamız Bakı Olimpiya Stadionunda "Roma" ilə qarşılaşacaq.

Rusiyada 30-dan çox adamı öldürən ər-arvad azərbaycanlı tələbəni də yeyibmiş

26 Sentyabr 2017 11:17

Rusiyanın Krasnodar dairəsinin Kuban şəhərində 30-dan çox insanı qətlə yetirməkdə şübhəli bilinən ailə saxlanılıb. Bu barədə Rusiya KİV-lərində yayılan məlumatlara görə, ailənin oğurladıqları insanlar öldürülərək yeyildikləri məlum olub. Qətlə yetirilərək yeyilənlər sırasında isə bir azərbaycanlı gəncin də olduğu ehtimal edilir. Bir çox ehtimallara görə, azərbaycanlı gənc, 2014-cü ilin dekabr ayında itkin düşmüş, Fyodr Uşakov adına Hərbi Dənizçilik Akademiyasının 5-ci kurs müdavimi olmuş Arif Koroğluyevdir. Arif Koroğluyev sonuncu dəfə 2014-ci ilin dekabr ayının 25-də Novorossiysk-Krasnodar avtobusu ilə hərəkət edib. Ondan sonra A.Koroğluyevi heç kim görməyib. Bu illər ərzində Novorossiysk hüquq-mühafizə orqanları A.Koroğluyevin itkin düşməsi ilə bağlı axtarışlarını davam etdirib.

Anasının zəncirdə saxladığı gəncin SON VƏZİYYƏTİ - VİDEO

26 Sentyabr 2017 11:15

Xoşqədəm Baxşəliyeva anası tərəfindən zəncirdə saxlanılan İbadətə baş çəkib. "Səni axtarıram" verilişin aparıcısı psixoloq, rayonun baş həkimi və icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə İbadətin evinə yollanıb. Bu dəfə məqsəd xəstə gəncin xəstəxanaya aparılması və müalicəsinə yardım etməkdir. Ancaq gənc oğlanın anası oğlunun xəstəxanaya aparılmasına razılıq verməyib.

İraq həbsxanasında kütləvi aksiya — 42 terrorçu edam edildi

26 Sentyabr 2017 11:12

İraqın Ən-Nəsriyyə şəhərindəki həbsxanada kütləvi edam həyata keçirilib. Terrorçuluqda ittiham edilən 42 nəfər edam edilib. Bu barədə İraqın ədliyyə nazirliyi məlumat verib. Məhkumların qohumları da edam aktında iştirak edib.

Dekabrda əfv sərəncamı imzalana bilər

26 Sentyabr 2017 11:11

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində əfv sərəncamı imzalana bilər.  Bu barədə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. Ə.Nuriyev bildirib ki, Komissiyasının Katibliyinə hər gün müraciətlər daxil olmaqdadır: “Müraciətlər həm məhkumlar, həm vəkilləri, həm nümayəndələri, həm ailə üzvləri, həm də qeyri-hökumət təşkilatları tərəfindən daxil olur. Müraciətlər araşdırılır, müvafiq rəylər alınır, Komissiyanın iclaslarına hazırlanır”.

Eks first - ledi İstanbulda konsert verəcək

26 Sentyabr 2017 11:08

Keçmiş Fransa prezidenti Nicolas Sarkozinin həyat yoldaşı müğənni Carla Bruni yeni albomunu tanıtmaq üçün İstanbulda konsert verəcək. “Olaylar” bildirir ki, eks ledinin albomu oktyabr ayında çıxacaq. Carla Bruni "French Touch" adlı yeni albomu dekabrın 13- də İstanbul Zorlu PSM – də baş tutacaq.

Abid Şərifov: "Mina partlayışları nəticəsində 532 nəfər ölüb"

26 Sentyabr 2017 11:04

“1991-ci ildən bu yana Azərbaycanda partlamamış hərbi sursatlar, mina partlayışları nəticəsində 532 nəfər həlak olub, 2400-dən çox insan müxtəlif xəsarətlər alıb”. Bunu baş nazirin müavini Abid Şərifov ANAMA - NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.