Gündəm

Politoloq: "Sülh prosesini irəliyə aparacaq məsələlər var" 

26 Sentyabr 2017 12:19

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pozitiv xarakterli addımların atıldığını görmək mümkündür. ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişənin həlli ilə bağlı yeni təkliflərin olduğunu və bu təkliflərin Azərbaycan və Ermənistan prezidentlərilə müzakirə edəcəklərini bildirirlər”. Bu fikirləri politoloq Qabil Hüseynli deyib.

Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub

26 Sentyabr 2017 12:17

Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub. Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Şöhrət Məsimovun rayonun Dəyirmandağ kəndi ərazisində Qarabağlılar adlanan ərazidə köhnə tikilidə gizləndiyi məlum olub və o həmin yerdə tutulub.

"Qarabağ" azarkeşlərə səsləndi

26 Sentyabr 2017 12:14

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Roma" ilə ev oyunu öncəsi azarkeşlərə müraciət edib.

Qasırğanın DƏHŞƏTLƏRİ: “2 körpəm gözlərimin önündə həlak oldu…”

26 Sentyabr 2017 12:12

Baş nazir Roosevelt Skerrit yerli televiziya kanalına müsahibəsi zamanı deyib ki, dəhşətli hadisədən sonra ərazidə ölüm sayının yüzlərlə olmaması möcüzədir. Nazir dünya ölkələrindən gələcək yardıma ehtiyac olduğunu vurğulayaraq, bildirib ki, hazırda ərazidə yaşayan əhalinin qida və yaşayış yerləri ilə təmin olunmasına ehtiyac var. Hər gün azyaşlılar acından ölür, qasırğanın öldürmədiyi əhali qida çatışmazlığından həlak olur. Ərazidə 800 nəfərdən çox sakinin dərmana ehtiyacı var. Baş nazir Ruzvelt Skerritin sözlərinə görə, tək bir küçə deyil, bütün ada 280 km/saat sürətlə əsən (175mph) küləklərin qurbanı olub.

Azərbaycanlı iş adamı arvadını həbs etdirdi

26 Sentyabr 2017 12:08

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə və dələduzluqda təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Putin kontinental müharibəyə hazırdı - ŞOK BƏYANAT

26 Sentyabr 2017 12:07

“Rusiya və Belarus güclü kontinental müharibənin aparılmasına hazır olduğunu nümayiş etdirmək istəyirdi”.  Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Kanada parlamentinin müdafiə komitəsinin sədri Stiven Fyurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

"Sovetski"də gələn ilə qədər söküntü işləri aparılmayacaq

26 Sentyabr 2017 12:04

"Bakının “Sovetski” adlanan ərazisində hazırkı mərhələdə gələn ilə qədər yəqin ki, söküntü işləri aparılmayacaq. Gələn il üçün proqram hazırlanır. Ona görə də indidən dəqiq nəsə demək mümkün deyil”.

Xızıda silah anbarında partlayış nəticəsində ziyan dəymiş evlərin bərpasına başlanır

26 Sentyabr 2017 12:02

“Xızıda Müdafiə Nazirliyinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində vətəndaşlara dəyən ziyan hesablanıb”. Bunu baş nazirin müavini Abid Şərifovdeyib. O bildirib ki, gələn həftədən ziyan dəymiş evlərin bərpasına başlanacaq: “Bir-iki ay ərzində işlər yekunlaşmalıdır. Eyni zamanda, 5 ev sökülüb yenidən tikilməlidir”. A. Şərifov qeyd edib ki, hadisə ilə bağlı yaradılmış Dövlət Komissiyası işini yekunlaşdırmayıb, hadisənin baş vermə səbəbi araşdırılır.

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

26 Sentyabr 2017 12:01

"Azərbaycanın bəzi ərazilərində ailə tipli, icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına ehtiyac var". Bunu  Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. O bildirib ki, ailə tipli, icma əsaslı məktəbəqədər müəssisələrin yaradılması ilə bağlı məsələ yeni qəbul edilən “Məktəbəqədər təhsil haqqında” qanunda da öz əksini tapıb.

V“Neft 70 dollara kimi bahalaşa bilər”

26 Sentyabr 2017 11:52

“Proqnoz verilirdi ki, Səudiyyə Ərəbistanı və Rusiya arasında hasilatın tənzimlənməsi ilə bağlı sazişin uzadılması istiqamətində növbəti razılığın əldə olunması, digər tərəfdən ABŞ-ın Texas ştatında fırtına səbəbindən hasilatın bir qədər aşağı düşməsi, ard-arda son 3 ayda demək olarki ABŞ-ın qlobal rezervlərinin azalması fonunda neftin qiymətində bahalaşma prosesi gedirdi”. 

Dəyişən imtahan qaydaları əvvəlki ilin məzunlarına necə şamil olunacaq?

26 Sentyabr 2017 11:49

Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri ilə təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas  təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilib və ümumi razılıq əldə edilib.

Türkiyə, İran və İraq Kürdüstana girəcək -  Açıqlama

26 Sentyabr 2017 11:46

Az qala bütün dünyanın etirazına baxmayaraq, bu gün İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və hökumət rəsmiləri referendum keçiriləcəyi təqdirdə Bərzani hökumətinin ağır bədəl ödəyəcəyinə dair bəyanatlarla çıxış ediblər. Onlar açıqlamalarında həmçinin hərbi müdaxilə variantını da tez-tez vurğulayırlar. Bəs Türkiyənin İraq Kürd Muxtariyyətinə ordu yeritməsi mümkündürmü?

Məscid yandırıldı - İSVEÇDƏ

26 Sentyabr 2017 11:45

İsveçin  Örebro şəhərində 250 nəfərin ibadət etməsi üçün nəzərdə tutulan məscid yanğın nəticəsində tamamilə yararsız haldadı. “Olaylar” bildirir ki, şəhər rəsmiləri hadisə nəticəsində ölən və yaralananların olmadığını qeyd edirlər.

Direktor müavini işdən azad olundu

26 Sentyabr 2017 11:43

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini Zeynalova Əfşan Qeysər qızı İdarənin müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, İdarənin tabeliyində olan musiqi məktəblərində yeni 2017-2018-ci tədris ilində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı kadr dəyişiklikləri aparılır.