Politoloq: "Sülh prosesini irəliyə aparacaq məsələlər var"
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pozitiv xarakterli addımların atıldığını görmək mümkündür. ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişənin həlli ilə bağlı yeni təkliflərin olduğunu və bu təkliflərin Azərbaycan və Ermənistan prezidentlərilə müzakirə edəcəklərini bildirirlər”. Bu fikirləri politoloq Qabil Hüseynli deyib.
26 Sentyabr 2017 12:19 Siyasət"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pozitiv xarakterli addımların atıldığını görmək mümkündür. ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişənin həlli ilə bağlı yeni təkliflərin olduğunu və bu təkliflərin Azərbaycan və Ermənistan prezidentlərilə müzakirə edəcəklərini bildirirlər". Bu fikirləri politoloq Qabil Hüseynli deyib.

Bir neçə gün bundan öncə Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirildiyini xatırladan politoloq qeyd edib ki, ölkəmizin xarici işlər naziri də həmkarı ilə görüşündən razı qaldığını açıqlayıb: "Bildiyiniz kimi ermənilər Dağlıq Qarabağ münaqişəsinin həllində indakarlıq göstərməkdə davam edirlər. Qaytarıla biləcək rayonlarda da "2+3" variantını həyata keçirmək, yəni əvvəl 2, daha sonra isə 3 rayonumuzu işğaldan azad etmək niyyətindədirlər. Bunun əvəzində isə Dağlıq Qarabağa keçici status istəyirlər. Bütün bunlar detallarına qədər müzakirə olunacaq məsələlərdir. Bu baxımdan XİN başçıları pezidentlərinin görüşünün müzakirə edilməsinə razılıqlarını bildiriblər".
Həmsədrlərin oktyabr ayında regiona səfəri məsələsinə gəlincə Q.Hüseynli bu səfərdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşü baş tuta biləcəyini dilə gətirib: "Çünki ortada masa üzərinə qoyula biləcək nələrsə var. Bütün bunlar tam şəkildə açıqlanmasa da, hər halda sülh prosesini irəliyə aparacaq məsələlərin olduğu şübhə doğurmur".
Ermənistana qarşı güclü təzyiqlərin olduğunu dilə gətirən politoloq bildirib ki, artıq problemin həllində ABŞ çox sərt mövqe nümayiş etdirərək işğal altında olan 7 rayonun dərhal qaytarılmasını istəyir: "Rusiya da 5 rayonun qaytarılması məsələsində təkid edir. Bu baxımdan hazırda Ermənistan tərəfi müqavimət göstərsə də, bu cəhdi yalnız bir nöqtəyə qədər ola bilər. Hesab edirəm ki, belə bir məqamda dövlət başçılarının görüşünün keçirilməsi vacibdir. Yalnız prezidentlər məsələyə nöqtə qoya bilərlər".
Qeyd edək ki sentyabrın 23-də Azərbaycan və Ermnistan XİN başçılarının Nyu-Yorkda görüşü baş tutub. Görüş zamanı Minsk Qrupu həmsədrlərinin oktyabrda regiona səfəri barədə razılıq əldə edilib. Habelə görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması ilə bağlı məsələ müzakirə edilib. Sia.az