ABŞ Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə 30 milyon dollar yardım edib
“Ceyrançöl layihəsi başlayandan ABŞ ona dəstək verib”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı və gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri" adlı tədbirdə çıxışı zamanı deyib.
26 Sentyabr 2017 11:27 Sosial"Ceyrançöl layihəsi başlayandan ABŞ ona dəstək verib". Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan "Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı və gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri" adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, ölkəsi layihənin üçüncü mərhələsinə keçməsini də dəstəkləyir: "Partlamamış hərbi sursatların günahsız insanlara necə təsir etdiyini görürük. Ərazilərin minalardan təmizlənməsinə indiyədək 30 milyon dollar töhfə verilib. Donor ölkələri ilə birgə 40 kv. km-dən çox çirklənmiş ərazi təmizlənib. ANAMA-nın töhfələri ölkənin hüdudlarından kənara çıxır". Apa.az