"Prezident BMT tribunasından ermənilərə aprel döyüşlərini xatırlatdı"

"Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həllində ikili siyasət yeridildiyini, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı təşkilatın 4 qətnaməsinin 20 ildən artıqdır ki icra olunmadığını bir daha dünya ictimaiyyətinə çatdırmış oldu". Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, dövlət başçısı çıxışı zamanı Ermənistana çox ciddi xəbərdarlıq etməklə yanaşı, Azərbaycan həqiqətlərini sessiya iştirakçılarının diqqətinə çatdırdı: "Dövlət başçısı Ermənistanı işğalçı dövlət kimi bir daha təqdim etdi. Prezident İlham Əliyev xüsusən də Ermənistan hakimiyyətinə hərbi caninin rəhbərlik etdiyini böyük cəsarətlə bəyan etdi. Prezident bunu faktlara əsaslanaraq bildirdi. Çünki Sarkisyan özü də etiraf edib ki, Xocalı soyqırımının törədilməsində birbaşa hərbçi-komandir kimi iştirak edib. Azərbaycan Prezidenti BMT sessiyasında düşmən ölkəyə ciddi xəbərdarlıq edərək bir daha aprel döyüşlərini xatırlatdı ki, Ermənistan bu döyüşdən onlar nəticə çıxarsın və dinc əhaliyə qarşı iyrənc təxribatları dayandırsınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31