Koreyada “Avrasiya Altay Mədəniyyətlərarası Qarşılaşma" adlı festival keçirilib

Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə Katibi İlhamə Qasımzadə Cənubi Koreyanın paytaxtı Seulda türkdilli dövlətlərin nümayəndələrinin iştirakı ilə baş tutan "Avrasiya Altay Mədəniyyətlərarası Qarşılaşma" adlı festivalında iştirak edib. Qurumdan “OLAYLAR”-a bildirilib ki, festival Seul şəhər Bələdiyyəsinin dəstəyi ilə Avrasiya Mədəniyyət İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilib. Festivalın keçirilməsində məqsəd Koreya Respublikasının türksoylu tarixini nəzərə alaraq türkdilli dövlətlərin gəncləri arasında əməkdaşlığı və mədəni mübadiləni artırmaqdır.

Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə Katibi İlhamə Qasımzadə Cənubi Koreyanın paytaxtı Seulda türkdilli dövlətlərin nümayəndələrinin iştirakı ilə baş tutan "Avrasiya Altay Mədəniyyətlərarası Qarşılaşma" adlı festivalında iştirak edib. Qurumdan "OLAYLAR"-a bildirilib ki, festival Seul şəhər Bələdiyyəsinin dəstəyi ilə Avrasiya Mədəniyyət İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilib. Festivalın keçirilməsində məqsəd Koreya Respublikasının türksoylu tarixini nəzərə alaraq türkdilli dövlətlərin gəncləri arasında əməkdaşlığı və mədəni mübadiləni artırmaqdır.

Festival çərçivəsində nümayəndələr rəsmi görüşlərdə, seminarlarda və konsert proqramında iştirak edib. Seul şəhərinin Gwanghun meydanında türkdilli ölkələrin stendləri qurulmuş və iştirakçılar təbliğat materialları və ünsiyyət vasitəsi ilə Azərbaycan haqqında düzgün və dolğun məlumatların çatdırılmasını təmin edib. Türk xalqları ilə bağlı müxtəlif mövzularda keçirilən seminarlarda Azərbaycan, Türkiyə və Qazaxıstandan ekspertlər iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31