Söz və məlumat azadlığının təminatı bütün dövrlər üçün prioritetdir

Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması bütün dövrlər üçün prioritet olub desək yanılmarıq. Təbii ki, yalnız Sovetlərin dövrünü çıxmaq şərtilə. Necə ki, müstəqil Azərbaycanda günümüzdə söz və məlumat azadlığı, plüralizmin təmin edilməsi istiqamətində ciddi addımlar atılır, məqsədyönlü tədbirlər, islahatlar həyata keçirilir, eyni zamanda XX əsrin ilk on illiyində Şərqdə ilk demokratik respublika olaraq tanınan Azərbaycan Xalq Cümhuriyyətinin zamanında da fikir və söz azadlığı, media azadlığı əsas diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə də bu barədə geniş yazırdı. Dahi şəxsiyyət yazırdı ki,   hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır. O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun. Bu məsələni lazımınca dərk etmək və anlamaq istəyiriksə, onda gərək mətbuat tarixini oxuyub araşdıraq, onun vəzifələrini və müxtəlif vəziyyətlərini təhlil edək.

Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması bütün dövrlər üçün prioritet olub desək yanılmarıq. Təbii ki, yalnız Sovetlərin dövrünü çıxmaq şərtilə. Necə ki, müstəqil Azərbaycanda günümüzdə söz və məlumat azadlığı, plüralizmin təmin edilməsi istiqamətində ciddi addımlar atılır, məqsədyönlü tədbirlər, islahatlar həyata keçirilir, eyni zamanda XX əsrin ilk on illiyində Şərqdə ilk demokratik respublika olaraq tanınan Azərbaycan Xalq Cümhuriyyətinin zamanında da fikir və söz azadlığı, media azadlığı əsas diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə də bu barədə geniş yazırdı. Dahi şəxsiyyət yazırdı ki,   hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır. O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun. Bu məsələni lazımınca dərk etmək və anlamaq istəyiriksə, onda gərək mətbuat tarixini oxuyub araşdıraq, onun vəzifələrini və müxtəlif vəziyyətlərini təhlil edək.

Məmməd Əmin Rəsulzadə yazır ki, əsrlər boyu mətbuatın təkamül tarixini nəzərdən keçirsək, onun əvvəllər necə olduğunu və simasının necə dəyişdiyini görərik: "Mətbuatın əsasını qədimdəki, xüsusi yazı və məktublar təşkil edir. Onlarda həmin dövrə aid məsələlərdən bəhs olunur və ümumi xəbərlər verilirdi. Belə məktublar qəzet, mətbuat rolu oynayırdı. Dostlar, xidmətçilər (katiblər) və məşhur adamlar ətraflı məktublar yazırdılar. Onları oxuyub əldən-ələ ötürürdülər, camaat mühüm hadisələrdən xəbər tuturdu. Bu cür təbliğat və nəşriyyat vasitəsi keçmişimizdən bizə irs qalsa da, bir müddət bu iş yüksək rütbəlilər arasında davam edirdi. İndi də, bilirsiz ki, hər kəs xaricdən vətəninə, ya dostuna məktub göndərəndə "o ölkədən xəbərlər və s..."dən yazır. Eləcə də vətəndən xaricə məktubda istinasız yazır: "Ölkənin xəbərləri belədir... və ilaxir" və ya başqa məsələlərdən bəhs edir.Nəhayət, yeni mətbuat meydana gəlir. Nəşriyyat yarandıqdan sonra bir neçə məsələ ortadan çıxır. Mətbuatın tərifi və xüsusiyyətləri haqqında demək olar ki, mətbuat ümumi məsələlərin yazılı şərhidir, bir ümumi mənafeyə xidmət edir, onu bütün xalqın nəzərinə çatdırır. Mətbuat üçün üç şərt lazımdır: birinci - yazmaq, ikinci - ümumi mənafe, üçüncü - yaymaq. Əgər bunların biri yoxdursa, mətbuat da yoxdur. Yazı ümumi mənafeyə xidmət edib geniş yayılmırsa, o, mətbuat yox, şəxsi yazıdır. Mövzunun ümumiliyini, həmçinin yayılmasını müqayisə etsək, demək olar ki, mətbuatda gedən yazı ümumi mənafeyi güdmürsə, xalqın nəzərinə çatmırsa, o, mətbuat hesab oluna bilməz. Bunlar mətbuatın xüsusiyyətləridir. Həmin xüsusiyyətləri öyrənib dərk etmədən bilmək olmaz ki, mətbuatın vəzifələri, mətbuat azadlığı nədir və ona nə lazımdır?". Dahi şəxsiyyət qeyd edir ki, mətbuatın rolu çox böyük və əhəmiyyətlidir. Rəsulzadə yazırdı ki, mətbuat mühüm milli qüvvələrdən biridir: "O, milli iqtidarda dördüncü yerdə durur. Yəni iqtidarın üç qüvvəsi, birinci-qanunvericilik, ikinci-icraedici, üçüncü-hüquq orqanları. Bundan sonra mətbuat gəlir. Digər bir baxımdan dünyada tutduqları mövqeyə görə beş mühüm dövlətdən-İngiltərə, Fransa, Almaniya, Avstriya və İtaliyadan sonra, altmcı beynəlxalq güc mətbuat sayılır. Yəni altmcı qüdrətli dövlət qələm aləmidir. Bəşər aləmində mətbuatın nüfuz dərəcəsini xalqın ümumi əfkari-ümumiyyəsi də göstərməkdədir. Elə ki, mətbuat ümumin qiymətini aldı, Avropada onun inkişafı üçün geniş meydan açıldı, yayılma imkanı yarandı. Mətbuatın rolunu, vəzifəsinin əhəmiyyətini öyrənmək üçün onun tarixini nəzərdən keçirmək vacibdir. Bu tarixi diqqətlə nəzərdən keçirdikdə görürük ki, onun ibtidada vəzifəsi nisbətən sadə və yüngül olub, əvvəlcə ümuma aid olan faydalı siyasi xəbərləri yayırdı, daxili və xarici xəbərləri oxuculara çatdıran vasitə idi. Nəşrlərdə sevincli saray xəbərləri, şahlara aid, şahzadələrə verilən imtiyazlar barədə xəbərlər dərc edilirdi. Mətbuat səhifələri verilən məqam və rytbə, mənsəb və dərəcə, tərif, şahanə bəzəklər, saray cah-cəlalı və siyasi hadisələrə dair xəbəriərlə dolu idi. Şübhəsizdir ki, həmin məhdud məsələlərin ömrü az olur, yalnız müəyyən dövrü əhatə edir. Mətbuat təzəcə meydana gəldiyi dövrdə ruhsuz siyasi həyat təsvir olunurdu, onun səhifələrində şahlıq sarayından və şahın şəxsi mənafeyindən başqa bir şey yox idi.Amma mədəniyyət yüksəldikcə mətbuatın da vəzifələri artdı. Elmi məlumatların çoxalması, tənqidin yaranması, ümumi ehtiyacların və təlim-tərbiyənin genişlənməsi mətbuatın da vəziyyətini dəyişdi. O, camaatın tərbiyəçisinə və xalqın fikirlərini yayan vasitəyə çevrildi. Mətbuat bir məktəb rolunu oynamağa başladı. O, həm məktəb, həm də məktəbdən kənar öz işini görürdü. Millət mətbuat vasitəsilə məlumatlanır, camaat onun səhifələrində elmi, ədəbi və siyasi xəbərlərlə tanış olurdu. Mətbuatı hava kimi fərz etmək olar. O, hər gün insan zəkasının məhsulunu öz səhifələrində dərc edir. Bir millət ki, müxtəlif ümumi məsələlərdən bəhrələnə bilmir, o, öz təcrübəsi vasitəsi ilə də faydalı məlumat əldə edə bilməz. Öz yazıları ilə tanınan şəxslər də onlara lazım olan məlumatı mətbuat səhifələrindən ala bilirlər.Mətbuat millət fərdlərinin, jurnalistlərin şəxsi fikirlərini cəmiyyətə çatdırandır. O, dövrünün mədəniyyət carçısıdır, öz dövrü, başqa dövrlər barədə lazımi məlumatı camaata çatdıra bilir. Bir və ya bir neçə nəfərin yeni fikirləri min nüsxələrlə çap olunan mətbuat vasitəsilə ictimaiyyətin malı edilir, yayılır. Əlbəttə, yeni fikirlər, səadət və həqiqətin yolunu kəsən köhnə fikirlərlə toqquşur. İnsanların ictimai-siyasi və iqtisadi vəziyyəti yüksək səviyyəyə çatdıqda mətbuat daha böyük əhəmiyyət kəsb edir. O, müxtəlif fikirləri yaymaqla milləti bütün siyasi və iqtisadi sahələrdə məlumatlandırmalı, məşrutə dövründə həmin sahələrdəki bütün məsələləri mütləq millətə çatdırmalıdır. Beləliklə, mətbuatm özü də siyasi və iqtisadi obyektdir. O, ümumi siyasi təşkilatları təbliğata dəvət edən, ümuma nicat verən, siyasət üzərində nəzarətçi kütləvi təbliğat vasitəsidir, ictimai fikri həyacana gətirib formalaşdırandır. Bu mövqedə mətbuat mühüm qüdrət və qüvvət kəsb edir. Ona dünyanın altıncı qüdrətli dövləti və ya dördüncü hakimiyyət ünvanı nahaq yerə verilməyibdir. Mətbuat xalqın milli nümayəndəliyini öhdəsinə götürən, onun görüşlərini ifadə edib yayan ictimai nəzarətçidir. Hökuməti nalayiq işlərdən çəkindirən, onun fəaliyyətini bir an belə gözdən qoymayan, ciddi əsaslı tənqidə rəvac verən, nöqsanları açıb göstərən, hakim dairələrin yaramaz hərəkətlərinin qarşısına dəmir sədd çəkən də mətbuatdır. Mətbuatın qayəsi məşrutə hökumətidir. Ancaq bilmək lazımdır ki, bu hökumətin də qanun-qaydası nə qədər düz olsa da, o, xalqın müstəqil hissiyyatmı lazımınca anlaya bilməyəcəkdir. Bu mənada mətbuat mütləq və müstəqil iqtidarlardan üstündür. O, görür, yazır, göstərir, gələcəyə baxır. Öz tənqidi çıxışları, mübahisələri vasitəsilə ictimaiyyəti həyəcana gətirir, camaatın təlimini və zəkasını zənginləşdirir, eybləri açır, xəstəlik və yaraları sağaldıb aradan qaldırır. İndiki dövrdə informasiya vermək, yaxud əqidə mübahisələri aparmaq üçün ümumi meydanlara və bazarlara getməyə ehtiyac yoxdur. İndi bir şəxsin bütün ömrünü mütləq məktəbdə keçirməsinə, dərin təhsil, təcrübə və kəşflərə sərf etməsinə də ehtiyac yoxdur. İndi ölkənin idarə üsulundan və ya nümayəndələrin rəftarından qorxmaq lazım gəlmir. Mətbuat var. O, bütün bu vəzifələri öz öhdəsinə götürüb. Bundan əlavə qələm sahibi olan bir dəstə adam vardır ki, onlar insanlıq aləminə aid məlumatları verməklə məşğuldurlar və bu fəaliyyətdən çəkinməyəcəklər. Təzə informasiya vermək, tərbiyə etmək, maarifləndirmək yeni mətbuatın vəzifələrindəndir, o, bu vəzifəni tədriclə, təbii surətdə yerinə yetirir, qalın qaranlıq pərdələri qaldırıb onlarm arxasındakı zülm, sitəm və təzyiqlərin kökünü kəsməyə çalışır. Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır, bu isə insanların zehninin işıqlanmasına səbəb olur. Mətbu sistemi geniş olan millətin zehni, fikri də işıqlı olur. İnkişaf etmiş millət o millətdir ki, onun mətbuatı azaddır, ciddidir, başqalarına nisbətən çoxuna müyəssər olandır.Bilik və informasiyanın əsas qaynağı həyatdır. Bilik və məlumatsız həyat, əsl həyat deyil, cansızdır, ölüdür". Rəsulzadə yazırdı ki, mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbiyəçisidir. O, mənəviyyatdan uzaq ola bilməz. O, təmiz, saf olmalı, əxlaqdan kənara çıxmamalıdır, kənara çıxsa, öz mənafe və məqsədinə xidmət edə bilməz. Aşağı səviyyəli yazı, söyüş, abırı aparan yazı, fitnə - fəsad törədən yazılar - bax bu üç əxlaqdan kənar çıxışlar mətbuatı hörmətdən salar, əxlaqdan məhrum edər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31