Stavropolda VIII Rusiya - Azərbaycan Regionlararası Forumu keçiriləcək
Sentyabrın 28-də Rusiya Federasiyasının Stavropol şəhərində VIII Rusiya- Azərbaycan Regionlararası Forumu keçiriləcək. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Forumda hər iki ölkənin dövlət rəsmiləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, ticarət, turizm, tikinti, maliyyə və konsaltinq, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.
25 Sentyabr 2017 16:37 SiyasətSentyabrın 28-də Rusiya Federasiyasının Stavropol şəhərində VIII Rusiya- Azərbaycan Regionlararası Forumu keçiriləcək. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Forumda hər iki ölkənin dövlət rəsmiləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, ticarət, turizm, tikinti, maliyyə və konsaltinq, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək. Tədbir çərçivəsində Forumun plenar iclası, sənaye, turizm, aqrar, səhiyyə və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək, Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq. Forumda əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.