“İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği“ mövzusunda tədbir keçirilib 

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsu şəhər “Nuran Xatun” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği“ layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, çıxışlarda İslam dininin humanizm, tolerantlıq xüsusiyyətləri aşıladığı, eyni zamanda insanlara dostluq, qardaşlıq, sülh yolu göstərməsi diqqətə çatdırılıb və milli-mənəvi dəyərlərimizin qorunmasının, həmçinin gələcək nəsillərə çatdırılmasının vacibliyi xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi dövlətimizin tolerant dəyərlərə yüksək önəm verməsinin sübutudur.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsu şəhər "Nuran Xatun" məscidi dini icması tərəfindən "İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, çıxışlarda İslam dininin humanizm, tolerantlıq xüsusiyyətləri aşıladığı, eyni zamanda insanlara dostluq, qardaşlıq, sülh yolu göstərməsi diqqətə çatdırılıb və milli-mənəvi dəyərlərimizin qorunmasının, həmçinin gələcək nəsillərə çatdırılmasının vacibliyi xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan etməsi dövlətimizin tolerant dəyərlərə yüksək önəm verməsinin sübutudur.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31