Azərbaycan Tokioda keçirilən “JATA 2017” beynəlxalq turizm sərgisində təmsil olunub
Yaponiyanın Tokio şəhərində keçirilən "JATA 2017" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi iştirak edib. “OLAYLAR”-ın nazirliuyə istinadən verdiyi xəbərə görə, 21-24 sentyabr tarixlərində keçirilən beynəlxalq sərgi çərçivəsində Azərbaycanın iştirakı GUAM-a üzv dövlətlərlə birlikdə xüsusi statusda həyata keçirilmişdir. Belə ki, 36 kv.m. sahəsi olan stenddə Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna və Moldovanın turizm imkanları birgə əks olunub. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun baş məsləhətçisi Türkan İsmayılova və “AGTravel” turizm şirkətinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
25 Sentyabr 2017 16:36 MədəniyyətYaponiyanın Tokio şəhərində keçirilən "JATA 2017" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi iştirak edib. "OLAYLAR"-ın nazirliuyə istinadən verdiyi xəbərə görə, 21-24 sentyabr tarixlərində keçirilən beynəlxalq sərgi çərçivəsində Azərbaycanın iştirakı GUAM-a üzv dövlətlərlə birlikdə xüsusi statusda həyata keçirilmişdir. Belə ki, 36 kv.m. sahəsi olan stenddə Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna və Moldovanın turizm imkanları birgə əks olunub. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun baş məsləhətçisi Türkan İsmayılova və "AGTravel" turizm şirkətinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
Sərginin açılışı zamanı Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə Azərbaycan milli stendini ziyarət etmişdir. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis və yapon dillərində ölkəmizin mədəniyyəti, tarixi, təbiəti, turizmi, mədəni irsi haqqında reklam-çap məhsulları təqdim olunur.
Həmçinin Sərgi çərçivəsində 22 sentyabr tarixində Yaponiyanın turizm sənayesinin nümayəndələri üçün ölkəmizin turizm potensialına dair təqdimat da keçirilib.