Quba sakininə zor tətbiq edən dəstə zərəsizləşdirlib
Qubada zorakılıqla müayət olunan cinayət hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 23-də saat 22 radələrində Xaçmaz şəhəri ərazisində naməlum 3 nəfər Quba rayon sakini Firuz Yusifova zor tətbiq edib 95 manat pulunu alıblar.
25 Sentyabr 2017 14:39 KriminalQubada zorakılıqla müayət olunan cinayət hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, sentyabrın 23-də saat 22 radələrində Xaçmaz şəhəri ərazisində naməlum 3 nəfər Quba rayon sakini Firuz Yusifova zor tətbiq edib 95 manat pulunu alıblar. Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakinləri, əvvəllər məhkum olunmuş Tərlan Cəfərov və Əflatun Əspəndiyev tutulub, 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib. Xaçmaz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.