Ermənilər nəhayət anlamalıdırlar ki...

Artıq onların şantaj siyasəti özünü doğrultmur Avronest Parlament Assambleyasınının Azərbaycanın paytaxtı Bakıda reallaşan “3-cü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq tərəfdaşlığı ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” movzusunda konfransı başa çatıb. Konfransa Ermənistan nümayəndə heyətinin qatıldığını nəzərə alsaq, belə bir sual yaranır: Ermənistan parlament təmsilçilərinin Azərbaycanda keçirilən beynəlxalq tədbirə qatılması hansı zərurətdən irəli gəlir, yaranmış vəziyyət Azərbaycanın, yoxsa Ermənistanın maraqlarını cavab verir? Konfransın təşəbbüskarı Avronest Parlament Assambleyasının Sosial , Təhsil, Vətəndas Cəmiyyəti və Mədəniyyəti  Komitəsinin həmsədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsinə qarşı ciddi cədlər edilib.

Artıq onların şantaj siyasəti özünü doğrultmur

Avronest Parlament Assambleyasınının Azərbaycanın paytaxtı Bakıda reallaşan "3-cü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq tərəfdaşlığı ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu" movzusunda konfransı başa çatıb. Konfransa Ermənistan nümayəndə heyətinin qatıldığını nəzərə alsaq, belə bir sual yaranır: Ermənistan parlament təmsilçilərinin Azərbaycanda keçirilən beynəlxalq tədbirə qatılması hansı zərurətdən irəli gəlir, yaranmış vəziyyət Azərbaycanın, yoxsa Ermənistanın maraqlarını cavab verir? Konfransın təşəbbüskarı Avronest Parlament Assambleyasının Sosial , Təhsil, Vətəndas Cəmiyyəti və Mədəniyyəti  Komitəsinin həmsədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsinə qarşı ciddi cədlər edilib. Lakin bütün məsələlər  müzakirə etdikdən sonra Ermənistanın bu könfrasın keçirilməsinə maneçilik cəhdlərinin qarşısı  alındı: "Tədbirin baş tutmasında müəyyən gecikmə oldu.  Bunu Azərbaycanda keçirilməsinə  mane olan qüvvələrin  fəaliyyəti ilə  bağlamaq olar. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın təklif  etdiyi  təkliflər son  mərhələdə qəbul olundu". M.İbrahimqızının sözlərinə görə, artıq ermənilərin şantaj dolu siyasəti özünü doğrultmur: "Amma  bu dəfə  əvvəlkilərə nisbətən artıq başa düşürdülər ki, çox böyük yanlışlıqlardadırlar. Çox  böyük uçurumun başlanğıcıdındadırlar.  Ona görə də də hesab edirəm ki, ermənilər bizim ittihamlarımızı bir az  sakit qarşılıyırdılar. Daha döğrusu, bəlkə də rejimdən qorxmasaydılar, bizi tamamilə dəstəkləyərdilər, təsdiqləyərdilər. Ermənilər  hər zaman çalışırlar ki, müzakirə olunan məsələlərdə,  konfranslarda , tədbirlərdə biz Qarabağ məsələsindən danışmayaq, o baxımdan  maksimun dərəcədə bunu əngəlləməyə çalışırlar.  Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü və 5-ci məqsədlərinin  müzakirəsində də elə hesab edidilər ki, əgər Dayanıqlı İnkişaf Məqsədləri qadın sağlamlığı və gender  bərabərliyindən  danışırsa, daha burada  Qarabağ məsələsindən  danışmaq  qeyri-mümkündür.  Amma başa düşmürlər ki, azərbaycanlıların da daha çox işlətdiyi, bu gün də beynəlxalq aforzmə çevrilən "Bütün yollar   himnən keçir". Yəni  hansı mövzunu müzakirə ediriksə,  azərbaycanlılar üçün bir yol var, keçdiyimiz bir yol, bir məntəqə, bir dayaq   var - Qarabağ konfilikti,Qarabağın işğaldan azad edilməsi məsələsi. Hansı məsələ müzakirə olursa olsun, Ermənistanın işğalçılıq siyasətini  ifşa etmək və beynəlxalq ictimaiyyətin də onlara təzyiqini  gücləndirməsində səylərimizi birləşdirilməsi.  Buna görə də,  Azərbaycan nümayəndə heyəti konfransın ayrı-ayrı  sessiyalarının mövzulrına uyğun olaraq, Ermənistanın Azəbayacana  qarşı  işğalçılıq siyasətini pislədikcə, Ermənistandan gələn nümayəndə heyətinin  acığına gəlirdi.  Onlar çalışırdılar ki,  reaksiya versinlər. Reaksiyada  ancaq bunu bildirdilər ki,  guya, Azərbaycan nümayəndə heyətinin üzvləri əsassız olaraq  danışırlar. Yəni,  guya Qarabağın işğalı məsələsi əsaslı olmayan məsələdir. Onlar iddia edirdilər ki, Ermənistanın Azərbaycana qarşı təcavüz məsələsinin bu sessiyada   müzakirəsi mümkünsüzdür. Mən də Avronest  Parlamentin sosial-siyasət komitəsinin  həmsədri,  moderatoru kimi bəzən  buna   müdaxilə edə bilmirdim, əlbəttə, bizim həmkarlarımız  onların cavablarını yetərincə verdilər.  Hətta təhsil nazirirnin  müavini Ermənistan nümayəndə heyətinin guya Azərbaycanda tədris edilən  dərsliklərdə gənclərdə ermənilərə qarşı da  nifrət hissinin aşılanmasıyla bağlı söylədiklərinin cavabını kifayət qədər kəsərli verdi. Təhsil nazirinin müavini  bildirdi ki, əslində,  bu işi ermənilər edir. O bildirdi ki, ermənilər öz uşaqları və gənclər arasında azərbaycanlılara qarşı düşmənçilik toxumu səpiblər. Mən də çıxışımda  dedim ki, davamlı və dayanıqlı inkişaf deyəndə  bu təhlükəsizlik, sabitlikdir,  konfiliktsiz, münaqişəsiz cəmiyyətdir, istər  mülki münanaqişə olsun, istərsə də  hərbi  münaqişə olsun, tarazlı, balanslı, harmonik inkişafdır. Ola  bilməz ki, Azərbaycanın 20 faizdən çox ərazisi   işğal altında olsun, amma 80 faiz torpaqlarında  digər inkişaf məqsədləri- tutaq ki, ailə, qadın sağlamlığı, gender bərabərliyi,  bu  beynəlxalq  dünya standartlarına  cavab səviyyəsində inkişaf  etsin, amma işğal altında olan torpaqların haqqında düşünməyək. Yaxud da işğal altındakı torpaqlarımızdan qovulmuş, çıxarılmış  soydaşlarımız, 1 milyondan artıq  vətəndaşımızın  sosial-iqtisadi  durumu, dayanıqlı inkişafla bağlı  həyata keçirilməyə çalışılan ayrı-ayrı hədəfləri haqqında düşünməyək. Bu gün BMT-nin qəbul etdiyi bu  Davamlı İnkişaf  Məqsədlərində  əsas götürülən məsələ cəmiyyətin  həssas qrupu- qocalar, əlillər, uşaqlar və qadınlardır. Bu mənada Davamlı İnkişaf Məqsədlərini  qəbul edən mötəbər, ali kürsüdə  dünyanın BMT üzvü olan ölkələrinin  rəhbərlərinin iştirak etdiyi  dövlət və hökümət  başçılarının  iştirak etdiyi tədbirdə  qəbul olunan sənəddə əgər  yazılırsa da, bu  məqsədlər həllinin   həssas qrupu arasında  daha çox diqqət və qayğı göstərilməlidir. Biz bunu unuda bilmərik". M.İbrahimqızı bildirib ki, necə ola bilər ki, biz girovluqda və əsirlikdə olan qadınlar, uşaqlar və qocalardan danışmayaq: "Davamlı İnkişaf Məqsədlərinin 16-ci maddəsi elə  sülh və konfiliktlərin həll olunmasıdır. Ermənistan da daxil olmaqla bütün ölkələr imza ataraq, öhdəlik götürübdür. Ona görə də Azərbaycan  nümayədə heyətinin  sizin ölkənin işğalçılıq siyasətiylə bağı dediyi  fikirləri normal qəbl etməlisiniz. Bu sizin ünvanınıza deyilən sözlər deyil, bu beynəlxalq  təşkilatların  Azərbaycanın 20 faiz torpaqlarnı işğal edən Ermənistanla bağlı sənədlərində yazılıb. Bu, BMT-nin  TŞ-nin 4 qətnaməsində yazılıb. Odur ki, ermənilər yaxşı-yaxşı fikirləşməlidirlər, nə qədər ki, işğalçılıq siyasətindən əl çəkməyəcəklər, onarın gələcək taleyi daha da təhlükə altında olacaqdır və möhtərəm prezidentimizin bu günlərdə  Nyu-Yorkda  BMT-nin  72 -ci sessiyasında  səsləndirdiyi kimi  aprel döyüşləri təkrarlana bilər".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31