“Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları təqdim olundu

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir. Beynəlxalq  nüfuza malik olan  tədbirdə Musiqili Teatrı da iştirak edib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, festivalda Musiqili Teatrının ifasında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları təqdim olunub.

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir. Beynəlxalq  nüfuza malik olan  tədbirdə Musiqili Teatrı da iştirak edib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, festivalda Musiqili Teatrının ifasında dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" və "O olmasın, bu olsun" operettaları təqdim olunub.

Musiqili Teatrın Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalındakı budəfəki çıxışı xüsusi özəlliyi ilə fərqlənib. Belə ki, nümayiş olunan tamaşaları İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edib. Bərdia Kiyarəs məhz Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakla bağlı Bakıya dəvət olunub.

Tamaşaları Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış içtimai xadimləri, mədəniyyət və sənət adamları, festival iştirakçıları və digər mötəbər qonaqlarla yanaşı, Musiqili Teatrın daimi və sevimli tamaşaçıları izləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31