“Yaxın Şərqdə hələ güc nisbətinin kimin xeyrinə olacağı məlum olmadığı bir dövrdə...”
Nəzakət Məmmədova: “Müstəqil dövlət yaradılması müşkül məsələdir” Yaxın Şərq son illərdə baş verən təlatümlərdən özünə gəlməmiş yeni bir təhdidlə üz-üzədir. Bu təhdid ABŞ-ın İraqa qarşı 26 il əvvəlki "Səhrada fırtına" əməliyyatı ilə başlasa da, "Ərəb baharı" adı verilən, əslində isə nəinki ərəblərin, bütün Yaxın və Orta Şərqin qışına çevrilən dövlətlərin sərhədlərinin dəyişməsi, xaos, terror, miqrant axını kimi problemləri özü ilə gətirən fəlakətlər zəncirinin son halqalarından biri, bəlkə də kuliminasiya nöqtəsidir. İraqda başlayan xaos İraqda başa çatacaqmı?! Söhbət suveren dövlətin ərazisində qeyri-qanuni olaraq müstəqil Kürdüstan dövlətinin yaradılmasından gedir. Beynəlxalq məsələlər üzrə ekspert Nəzakət Məmmədova deyir ki, bu ideya sadəcə ideya olaraq qalırdı, indi onun reallaşması tarixdə heç zaman olmadığı qədər realdır: “Kürdlər Yaxın Şərqin tarixində müəyyən rol oynamış olsalar da, onların heç zaman müstəqil dövlətləri olmayıb.
25 Sentyabr 2017 13:14 SiyasətNəzakət Məmmədova: "Müstəqil dövlət yaradılması müşkül məsələdir"
Yaxın Şərq son illərdə baş verən təlatümlərdən özünə gəlməmiş yeni bir təhdidlə üz-üzədir. Bu təhdid ABŞ-ın İraqa qarşı 26 il əvvəlki "Səhrada fırtına" əməliyyatı ilə başlasa da, "Ərəb baharı" adı verilən, əslində isə nəinki ərəblərin, bütün Yaxın və Orta Şərqin qışına çevrilən dövlətlərin sərhədlərinin dəyişməsi, xaos, terror, miqrant axını kimi problemləri özü ilə gətirən fəlakətlər zəncirinin son halqalarından biri, bəlkə də kuliminasiya nöqtəsidir. İraqda başlayan xaos İraqda başa çatacaqmı?! Söhbət suveren dövlətin ərazisində qeyri-qanuni olaraq müstəqil Kürdüstan dövlətinin yaradılmasından gedir. Beynəlxalq məsələlər üzrə ekspert Nəzakət Məmmədova deyir ki, bu ideya sadəcə ideya olaraq qalırdı, indi onun reallaşması tarixdə heç zaman olmadığı qədər realdır: "Kürdlər Yaxın Şərqin tarixində müəyyən rol oynamış olsalar da, onların heç zaman müstəqil dövlətləri olmayıb. Yalnız Osmanlının çöküşü ərəfəsində Sevr müqaviləsi müstəqil Kürd dövləti yaradılmasını nəzərdə tutsa da, Sevrin mürəkkəbi qurumamış tarixə gömülməsi ilə bu ideya kağız üzərinə qaldı. Kürdləri dəstəkləyən tək dövlət hazırda İsraildir. BMT 1946-ci ildə yəhudilərin İkinci Dünya müharibəsində əziyyət çəkən xalq olaraq müstəqil dövlət yaratmaq haqqını tanıdığı kimi, kürdlər də Yaxın Şərqdəki hadisələr zamanı əzabkeş və terrora qarşı mübarizə aparan xalq kimi qəbul edilərək onlara dövlət yaradılmasında dəstək ifadə olunur. Lakin İsrailin məqsədi aydındır. Kürdlərin vasitəsilə neftlə zəngin ərazilərə nəzarəti ələ keçirmək, ərəb ölkələrinin əhatəsində anklav vəziyyətində qalmamaq, regionda müttəfiq əldə etmək, İraq, İran, Türkiyə və Suriya kimi rəqiblərin parçalanmasına və zəifləməsinə nail olmaq. Hətta PKK-nın Yaxın Şərqdə konfederativ dövlət yaradılması ideyasını nəzərə alsaq, məqsədin gələcəkdə Kürdüstan və İsrailin birliyi olduğunu görmək mümkündür. Bununla belə, haqlı olaraq kürd məsələsini öz ərazi bütövlüyünə təhdid hesab edən Türkiyə, İran, İraq və Suriya referenduma qarşı qəti mövqedə olduqlarını bildirmişlər. Parçalanmaq təhlükəsi ilə üz-üzə qalan İraqın kürd prezidenti Talabanidən fərqli olaraq baş nazir Heydər Abadi, habelə İraq parlamenti sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətinin referendum keçirməsinə qarşıdır və bunu qeyri-qanuni hesab edirlər. Habelə, ərəb və türkmən əhalisi də buna qarşı çıxış edərək referendumu boykot edəcəklərini vurğulayıblar. Xüsusilə, plebisitin Məsud Bərzani rejiminə heç bir aidiyyəti olmayan Kərkükdə keçirilməsi planları nəinki ərəb və türkmanlar, habelə Süleymaniyyədəki kürd liderlər arasında hiddət doğurur. Çünki İraqın neftlə ən zəngin Mosul və Kərkük ərazilərinin Bərzaninin nəzarətinə keçməsi ona tabe olmaq istəməyən kürd liderləri ciddi narahat edir. Milyardlarla barrel neftin gəlirləri təbii ki, millətçilik məsələsindən daha üstündür. Bərzani nefti Türkiyə və İran vasitəsilə satırsa, referendumdan sonra onun bu imkanlarını itirəcəyi ehtimalı böyükdür. Çünki Türkiyə Mili Təhlükəsizlik Şurası təcili iclas keçirərək buna qarşı mövqeyini ortaya qoymuşdur. İran da bu mövqeyi bölüşür. Hər iki ölkə referendum baş tutacağı təqdirdə İraqın şimalı ilə sərhəddi bağlayacaqlarını, lazım gələrsə oraya qoşun yeridəcəklərini bəyan etmişlər". Nəzakət Məmmədova qeyd edir ki, referendum müstəqil dövlət elan edilməsindən daha çox Bərzani və tərəfdarlarının İraqdan daha çox dividend qoparmaq istəməsinə hesablanıb: "Çünki, Ərbil rejiminin bütün dünyanı özünə qarşı qoyaraq müstəqil dövlət yaratmaq istəməsi inandırıcı görünmür. Sadəcə, referendumu bir bayraq, "Damokl qılıncı" kimi İraq hökumətinin başı üzərində saxlamaqla onu ya parçalanmaq, ya da kürdlərə imtiyazlar verməyə məcbur etmək planları daha real görünür. Ən azından BMT referendum və müstəqillik ideyalarından əl çəkiləcəyi təqdirdə "kürd məsələsi"ni BMT-də müzakirə etmək vədi verib. Yaxın Şərq müharibəsinin başa çatmadığı bir dövrdə müstəqil kürd dövlətinin yaradılması ağlabatan deyil. Hər bir müharibənin yekunları münaqişə tam yekunlaşandan sonra qalıb və məğlub tərəflərin iştirakı ilə masa arxasında müzakirə olunur. Proseslərin hələ başa çatmadığı bir zamanda bunu etmək mümkün deyil. Çünki ən azından qalib və məğlublar hələ tam müəyyənləşməyib. Məsələn, Əsədin tam iflasa uğradığı güman edilərkən, müttəfiqlərinin köməyinə arxalanan Suriya prezidenti silahlı müxalifət, habelə onlara dəstək verən xarici qüvvələrə qarşı uğurlu əməliyyatlar həyata keçirərək bunun əksini sübut etdi. Habelə, NATO üzvü olan Türkiyə münaqişənin əvvəlində olduğundan fərqli olaraq Rusiya və İranla üçtərəfli formatda bir sıra mühüm razılaşmalar əldə etdi, hətta ABŞ və NATO-nun narazılığına baxmayaraq Moskva ilə S-400 sistemləri almaq barədə müqavilə bağladı. Bütün bunlar onu göstərir ki, Yaxın Şərqdə hələ güc nisbətinin kimin xeyrinə olacağı məlum olmadığı bir dövrdə müstəqil dövlət yaradılması müşkül məsələdir. Baxmayaraq ki, kürdlər özləri bunu ən uyğun zaman, tarixi şans hesab edirlər. Çünki İŞİD-in məğlubiyyətə uğramasında böyük rol oynadıqlarını əsas göstərərək bunun müqabilində dövlət istəyirlər. Görünən odur ki, belə bir dövlətin nə vaxtsa yaradılması ehtimalı var. Lakin o sonacan müstəqil ola biləcəkmi, yoxsa 2020-də Böyük İsrailin tərkibindəmi qatılacaq?! Çox güman ki, bu, böyük Kürdüstan və kiçik İsrailin birləşməsindən ibarət olan Böyük İsrail dövləti olacaq".
Nəzakət Məmmədovanın sözlərinə görə, görünən odur ki, belə bir dövlətin nə vaxtsa yaradılması ehtimalı var: "Lakin o sonacan müstəqil ola biləcəkmi, yoxsa 2020-də Böyük İsrailin tərkibindəmi qatılacaq?! Çox güman ki, bu, böyük Kürdüstan və kiçik İsrailin birləşməsindən ibarət olan Böyük İsrail dövləti olacaq. Məsələdə bir neçə diqqətçəkən nüanslar da vardır ki, bu əlamətlər referendum məsələsinin əslində blef olduğunu, plebisitdən dərhal sonra faktiki dovlət yaradılmasınin mümkünsüzlüyünü göstərir. Belə ki, minilliklər boyu yazılmış və yazılmamış beynəlxalq qanunlara görə, müharibə, münaqişə başa çatmadan, qalib və məğlub tərəflər öz səflərinə çəkilmədən heç bir dövlət yaradıla, heç bir dövlət xəritədən silinə bilməz. Yaxın Şərqdə hələ kimin qalib, kimin məğlub olduğu tam müəyyənləşmədiyi bir vaxtda kürdlərin qalib tərəfdə yer alıb dövlət yaratması hazırkı dövrdə müşkül məsələdir. Bugünkü oyunçuların bu cür məsələlərdə yüzillərlə ölçülən təcrübəsi var. Ən azından son yüzilliyi götürsək, Sevr müqaviləsindən sonra belə Atatürkün Qurtulus savaşı nəticəsində Lozanna Sevri tarixə gömdü. Suriya münaqişəsi başlayandan sonra qarşı duran bəzi qüvvələr sonradan müttəfiqə çevrildilər. Demək ki, güc nisbətinin kimin xeyrinə bərqərar olacağı tam müəyyənləşməyib. Məsələn, Əsəd məsələsində qarşı duran Türkiyə, Rusiya, İran üçtərəfli format yaratmaqla yeni bir status-quo yaratdılar. Türkiyənin Rusiyadan S-400 alması isə tam gözlənilməzlik oldu. Odur ki, bu yaxın zamanda müstəqil kürd dövləti yaranacağı tam inandırıcı görünmür. Doğrudur, bu dövlət İsraildən siyasi, hərbi, maliyyə dəstəyi alır, Türkiyə və İran vasitəsilə neft satır, öz peşmərgəsini İraqın dövlət büdcəsi hesabına maliyyələşdirir, üstəlik İraqın prezidenti də bu etnosdandır. Hələ ən böyük müttəfiqi ABŞ-ın dəstəyi öz yerində. Lakin bütün bunlar Ərbilin müstəqil dövlət yaradacağına əsas vermir. Çünki dövlət yaratmaq üçün artıq keçmişdə olduğu kimi təkcə qılınc gücü yox, həm də dövlətçilik ənənələri olmalıdır. Bu ənənə isə supergüclərin dəstəyi ilə əldə olunmur".
Məhəmməd