ADMİU-da  seminar

Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Sosial İş İctimai Birliyinin təşkilatçılığı ilə "Müştəri ilə müsahibənin aparılması" mövzusunda seminar keçirilib. “Olaylar” bildirir ki, ABŞ-ın Kolumbiya Universitetinin Sosial iş ixtisası üzrə məzunu Könül Cəfərova tərəfindən keçirilən seminarda Universitetin Sosial iş ixtisasında təhsil alan tələbələri, məzunları və sosial sahədə işləyən mütəxəssislər iştirak edib.

Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Sosial İş İctimai Birliyinin təşkilatçılığı ilə "Müştəri ilə müsahibənin aparılması" mövzusunda seminar keçirilib. "Olaylar" bildirir ki, ABŞ-ın Kolumbiya Universitetinin Sosial iş ixtisası üzrə məzunu Könül Cəfərova tərəfindən keçirilən seminarda Universitetin Sosial iş ixtisasında təhsil alan tələbələri, məzunları və sosial sahədə işləyən mütəxəssislər iştirak edib.

Seminarda özünü təqdimetmə, məxfilik və ya konfidensiallıq siyasəti, müsahibədə istifadə olunan sualların qoyuluş tərzi, düşüncə tərzinə təsir edərək davranışa yönləndirilmiş terapiya, müsahibə ərzində sosial iş dəyərləri, etik qaydalarına əməl edilməsi və digər mövzularda müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31