Şəki Dövlət Dram Teatrı mövsümü Avropa İttifaqı ilə birgə açıb

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı üçün 138-ci mövsümün  açılışı  Avropa İttifaqı Azərbaycan Nümayəndəliyi ilə əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən “Avropa İttifaqı Avtobus Turu-2017” layihəsi çərçivəsində silsilə tədbirlərdə  iştirakla yadda qalıb. “Olaylar” bildirir ki, açılışın ilk günü, Teatr Studiyasının tələbələri səhnələşdirilmiş üç Avropa nağılının oxusu üçün Qax şəhərində, kiçik yaşlı şagirdlər qarşısında çıxış ediblər. Axşam isə Şəki Dövlət Daram teatrında  H.X. Andesonun nağılı əsasında hazırlanmış “Kralın yeni libası” tamaşasının premyerası baş tutub. Tamaşa ilk olaraq Qax və Şəki məktəbliləri üçün göstərilib.

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı üçün 138-ci mövsümün  açılışı  Avropa İttifaqı Azərbaycan Nümayəndəliyi ilə əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən "Avropa İttifaqı Avtobus Turu-2017" layihəsi çərçivəsində silsilə tədbirlərdə  iştirakla yadda qalıb.

"Olaylar" bildirir ki, açılışın ilk günü, Teatr Studiyasının tələbələri səhnələşdirilmiş üç Avropa nağılının oxusu üçün Qax şəhərində, kiçik yaşlı şagirdlər qarşısında çıxış ediblər. Axşam isə Şəki Dövlət Daram teatrında  H.X. Andesonun nağılı əsasında hazırlanmış "Kralın yeni libası" tamaşasının premyerası baş tutub. Tamaşa ilk olaraq Qax və Şəki məktəbliləri üçün göstərilib.

Daha sonra  Şəki Dövlət Dram Teatrı Zaqatala Mədəniyyət Mərkəzinin səhnəsində J.B.Molyerin "Aldadılmış ər" tamaşasıyla çıxış edib.

Açılışın üçüncü günü, Şəki Teatr Studiyasının tələbələri Şəki Uşaq evinin uşaqları və Qarışıq Tipli İnternat Məktəbinin şagirdləri üçün Avropa nağıllarının səhnələşdirilmiş oxusunu təşkil ediblər. Həmin günün axşamı  "Kralın yeni libası" yenidən  oynanılıb. Tamaşaya baxmaq üçün Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, yerli və xarici qonaqlar təşrif buyurublar. Qonaqları Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov salamlayıb.  Sonra  Avropa İttifaqının Müvəqqəti İşlər üzrə vəkili Denis Daniilidis çıxış edərək ürək sözlərini bölüşüb və Şəki Teatrına ləyihəyə qoşulduğu üçün minnətdarlığını çatdırıb.

Açılışın sonuncu günü, Şəki Dram Teatrının aktyorları öz çıxışlarıyla Şəki  "Yuxarı Baş" Dövlət-Tarix-Memarlıq Qoruğunda "Avropanı Yaxından Tanıdaq"  sərgisinə qatılıblar.

Dörd gün davam edən silsilə tədbirlər  "Kralın yeni libası" tamaşasının  daha iki nümayişiylə  başa çatıb.

Qeyd edək ki, tamaşaların hazırlanması və digər tədbirlər Avropa İttifaqının maliyyə dəstəyiylə həyata keçirilib və bu kimi layihələrin gələcəkdə də baş tutması  üçün danışıqlar aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31