Muğam Mərkəzində dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eldəniz Ələkbərzadənin ifasında dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib. Eldəniz Ələkbərzadə 1996-cı ildə Bakıda anadan olub. 1998-ci ildə ailəsi ilə Sankt-Peterburq şəhərinə köçmüş və ilk musiqi təhsilini məhz bu şəhərdə alıb. 2013-cü ildə Milli Konsevatoriyası nəznində Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsidir.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eldəniz Ələkbərzadənin ifasında dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib.

Eldəniz Ələkbərzadə 1996-cı ildə Bakıda anadan olub. 1998-ci ildə ailəsi ilə Sankt-Peterburq şəhərinə köçmüş və ilk musiqi təhsilini məhz bu şəhərdə alıb. 2013-cü ildə Milli Konsevatoriyası nəznində Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsidir.

Pianoçu hələ gənc ikən respublikanın hüdudlarından kənarda bir neçə beynəlxalq müsabiqələrdə çıxış edərək, laureat adını qazanıb. Musiqiçinin repertuarına L.V.Bethoven, F.Şopen, R.Şuman, P.İ.Çaykovski və başqa bəstəkarların əsərləri daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31