“Əsrin müqailəsini”nin uzadılması Azərbaycanın tərəqqisinə təkan verəcək

Yeni saziş Azərbaycanın, o cümlədən, ölkə Prezidentinin dünyadakı nüfuzunun göstəricisidir Məlum olduğu kimi Azərbaycan hökuməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İTOCHU” və “ONGC Videsh” şirkətləri ilə “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayıblar. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”(AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş Azərbaycan üçün yeni imkanlar açır. Belə ki, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. Prezident İlham Əliyev bildirib ki, müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var: “Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır.

Yeni saziş Azərbaycanın, o cümlədən, ölkə Prezidentinin dünyadakı nüfuzunun göstəricisidir

Məlum olduğu kimi Azərbaycan hökuməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "BP", "Chevron", "İNPEX", "Statoil", "ExxonMobil", "TP", "İTOCHU" və "ONGC Videsh" şirkətləri ilə "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayıblar. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli"(AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş Azərbaycan üçün yeni imkanlar açır. Belə ki, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. Prezident İlham Əliyev bildirib ki, müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var: "Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25%-ə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. "Əsrin müqaviləsi" imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş 500 milyon ton neft var".

Bir daha xatırladaq ki,  "Əsrin müqaviləsi" nin müddəti 2050-ci ilə qədər uzadıldı. Beləliklə yeni müqavilə  neft sektoruna yeni "nəfəs" verdi. Əsas olan "Əsrin müqaviləsi"nin yenilənmiş variantının qeyri-neft sektorunun inkişafında nə dərəcədə rol oynayacağıdır. İqtisadçıların fikrincə, neft pullarının köməyi ilə real sektorun sürətli inkişafı təmin ediləcək. Nəticədə yaxın illərdə Azərbaycan iqtisadiyyatının neftdən asılılığını optimal həddə endirmək mümkün olacaq. Millət vəkili Eldar İbrahimov bildirib ki, bu,  Azərbaycan dövlətinin və xalqımızın həyatında çox mühüm və əlamətdar gündür: "Sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasından 23 il ötür. Bu müqavilənin Azərbaycan dövlətinin inkişafında rolu və yeri müstəsnadır, əvəzsizdir. Bu, Azərbaycanda uğrlu və tarixi neft strategiyasının əsasının qoyulduğu gündür". O, bildirib ki, bu müqavəlinin baş tutması, ərsəyə gəlməsi və imzalanması da elə-belə, asan başa gəlməyib: "Bu müqavilənin imzalanması  çox çətin və gərgin bir mərhələdən keçdi. Bir çox dairələr bu müqavilənin baş tutmasını istəmir, ona maneçilik törədirdilər. Yalnız mərhum dövlət rəhbərimiz Heydər Əliyvin siyasi iradəsi və qətiyyəti sayəsində 1994-cü ilin senyabr ayının 20-də bu tarixi müqavilə imzalandı və öz töhfələrini verməyə başladı. Bildiyiniz kimi, bu günlərdə də həmin müqavilənin müddəti 2050-ci ilə qədər uzadıldı, yəni, yeni Saziş imzalandı. Bunu da 21-ci əsrin müqaviləsi hesab etmək olar. Cənab Prezident də bunu məhz bu cür səciyyələndirdi. Bu baxımdan, inanıram və qəti əminəm ki, ilk müqavilə ötən 23 ildə necə uğurla icra olundusa, yeni müqavilə də o cür uğrla icra olunacaq. Azərbaycan neft ölkəsidir və neft ölkəsi kimi də hələ uzun müddət öz sözünü deyə biləcək". Deputat Novruzəli Aslanov da "Əsrin müqaviləsi"nin müstəqil Azərbaycanın inkişafında və tərəqqisində, dünyada nüfuz və hörmət sahibi olmasında çox mühüm rol oynadığına diqqət çəkib. Bildirib ki, həmin müqavilənin müddətinin uzadılması ilə bağlı yeni Sazişin imzalanması da Azərbaycanın inkişafında və tərəqqisində yeni mərhələ təşkil edəcək: "Əsrin müqaviləsi" Azərbaycan dövlətinin və xalqının böyük nailiyyətidir. Odur ki, yeni müqavilə, Saziş də böyük nailiyyətimizdir,  o da ölkəmizin inkişafına və tərəqqisinə böyük töhfəsini verəcək". Deputat  Eldəniz Səlimov isə bildirib ki, istər "Əsrin müqaviləsi" və onun uğurlu icrası, istərsə də həmin müqavilənin müddətinin uzadılması ilə bağlı yeni Sazişin imzalanması Azərbaycanın, o cümlədən, ölkə Prezidentinin dünyadakı nüfuzunun və yerinin göstəricisidir: "Bu gün hər birimiz mərhum ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanan "Əasrin müqailəsi" ilə fəxr edir, öyünürük. Çünki bu müqavilə Azərbaycanın inkişafının açarı polunu oynadı, həmçinin, ölkəmizin müstəqilliyini, onun inkişafını istəməyən bədxahların, məkrli dairələrin üzərində sarsıdıcı, əzəmətli qələbəsi oldu. Bu müqavilənin imzalanması ilə Azərbaycan dünyada nələrə qadir ola biləcəyini və qadir olduğunu qətiyyətlə nümayiş etdirmiş oldu. İndi də çox əlamətdar haldır ki, bu müqavilənin müddətinin uzadılması ilə bağlı yeni Saziş imzalandı. Ona görə  hər kəs əmin ola bilər ki, yeni Saziş də əhəmiyyətinə və roluna görə "Əsrin müqaviləsi"ndən geri qalmayacaq, əksinə,  Azərbaycanın daha da çiçəklənməsinə, tərəqqisinə gətirib çıxaracaq".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31