Despotik rejim təşviş içində
Prezident İlham Əliyev Ermənistanın iç üzünü açdı Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı işğalçı dövlət olan Ermənistanın BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum qətnamələrini yerinə yetirmədiyini və beynəlxalq ictimaiyyətin buna göz yumduğunu bəyan edib. Dövlət başçısı ən ali tribunadan diqqətə çatdırıb ki, BMT TŞ qətnamələrinə məhəl qoymayan Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməməsi bu ölkənin işğalçı siyasətini davam etdirməsinə rəvac verir: "Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur.
22 Sentyabr 2017 11:39 SiyasətPrezident İlham Əliyev Ermənistanın iç üzünü açdı
Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı işğalçı dövlət olan Ermənistanın BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum qətnamələrini yerinə yetirmədiyini və beynəlxalq ictimaiyyətin buna göz yumduğunu bəyan edib. Dövlət başçısı ən ali tribunadan diqqətə çatdırıb ki, BMT TŞ qətnamələrinə məhəl qoymayan Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməməsi bu ölkənin işğalçı siyasətini davam etdirməsinə rəvac verir: "Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır. Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır". Etiraf edilməlidir ki, prezident İlham Əliyev bu çıxışı ilə BMT kürsüsündən forpostbaşı Sarkisyanın kimliyini rəsmi şəkildə açıqlandı. O da nəzərə alınmalıdır ki, İlham Əliyevin səsləndirdiyi fikirlərin tənqid hədəfi təkcə hərbi kriminal adlandırdığı Sarkisyan deyil, həm də haylara açıq və gizli dəstək verənlər idi. Odur ki, dövlət başçısının sessiyada səsləndirdiyi fikirlər ölkə ictimaiyyəti tərəfindən də tədqir olunur. Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, sözün həqiq mənasında beynəlxalq ictimaiyyət və BMT kimi nüfuzlu təşkilat öz verdiyi qətnamələrinin icrası ilə bağlı zəruri işləri görmür. Azərbaycan Prezidenti İlham Əliyev də yaranmış imkandan istifadə edərək yüksək kürsüdən beynəlxalq ictimaiyyətə bir daha Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər, Azərbaycanın strategiyası ilə bağlı məlumat verdi: "Dövlət başçısının çıxışındakı fikirlər beynəlxalq ictimaiyyət üçün böyük önəm daşıyır. Azərbaycanın həyata keçirdiyi strategiyanın qarşısını almaq üçün Ermənistan və cinayətkar rejim bütün beynəlxalq hüquq normalarını pozur. Bu rejim BMT-nin Təhlükəsizlik Şurasının qərarlarından demək olar ki, tam imtina edib. Son illər BMT-nin fəaliyyəti ilə bağlı bir çox tənqidlər var. Təşkilat qarşısında duran və vəzifəsi olan məsələlərlə bağlı addımlar atmır. Azərbaycan Prezidentinin çıxışı real vəziyyəti çox gözəl izah etdi".
Millət vəkili Rauf Əliyev qeyd edib ki, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sesiyasındakı açliş mərasimindəki çıxışı çox maraqla qarşılanıb: "Cənab Prezident öz çıxışında Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti bir daha dünya ictimaiyətinin nəzərinə çatdırdıaraq qeyd etdi ki, 25 ildən çoxdur Ermənistan Azərbaycanın 20% ərazilərini - Dağlıq Qarabağı və ətrafındakı 7 rayonunu işğal altında saxlayır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyri-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Ermənistan 24 ildir ki, bu qətnamələrə məhəl qoymur və əfsuslar olsun ki, o buna görə cəzalandırılmır. Prezident çıxışında bildirdi ki, bəzi hallarda BMT-nin qətnamələri bir-neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu ikili standartlara əsaslanan yanaşmadır. O bu məsələ ilə bağlı Ermənistana qarşı sanksiyaların qəbul edilməsinin zəruriliyini qeyd etmişdir". R.Əliyev Prezidentin çıxışından sitat gətirib: "Sual olunur, necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür koorupsiyaya uğramış, uğursuz bir dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyənatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab ikili standartlardır. Təcəvüzkara heç bir təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır". Millət vəkili deyib ki, Prezident bu çıxışında dünya ictimaiyyətinin diqqətini bir daha bu münaqişəyə yönəltdi: "Eyni zamanda təcəvüzkar Ermənistana ciddi xəbərdarlıq edərək bildirdi ki, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin Xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcəvüzkar 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandırılacaq. Cənab Prezident öz çıxışında müstəqillik illərində Azərbaycanın sürətlə inkişaf etdiyini, böyük uğurlar əldə etdiyindən danışaraq qeyd etmişdir ki, Azərbaycanın sürətli inkişafı bir daha göstərdi ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduqda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarıtdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq".
Zəka