“Forsaj-şou” Bakıda
Sentyabrın 29-dan oktyabrın 8-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Forsaj-şou” adlı sirk şousu təqdim ediləcək. "Olaylar" bildirir ki, Rusiyanın Xalq Artisti Viktor Kudryavtsevin rəhbərlik etdiyi şounun proqramına avtomobil, kartinq, motosiklet və velosiped sürən ayıların iştirakı ilə nömrələr daxildir. Şouda bütövlükdə 7 ölkədən, o cümlədən Azərbaycandan artistlər çıxış edəcəklər.
21 Sentyabr 2017 17:26 MədəniyyətSentyabrın 29-dan oktyabrın 8-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Forsaj-şou" adlı sirk şousu təqdim ediləcək.
"Olaylar" bildirir ki, Rusiyanın Xalq Artisti Viktor Kudryavtsevin rəhbərlik etdiyi şounun proqramına avtomobil, kartinq, motosiklet və velosiped sürən ayıların iştirakı ilə nömrələr daxildir. Şouda bütövlükdə 7 ölkədən, o cümlədən Azərbaycandan artistlər çıxış edəcəklər.
Proqramda Cənubi amerikalı motokaskadyorların çıxışlarına xüsusi yer ayrılıb.