"Mariya" daha bir ölkəni cənginə aldı

Karib adaları və Porto Rikonu yerlə yeksan edən "Mariya" qasırğası yenidən 3-cü kateqoriya səviyyəsinə yüksəlib. Qasırğa hazırda Dominik Respublikasına doğru hərəkət edir. Qasırğa adanın şərq sahillərinə sel yağışı və şiddətli külək gətirib. Təbiət hadisəsi 115 km sürətlə adanın daxilinə doğru irəliləyir. Buna görə bölgədə okean suyunun səviyyəsi təhlükəli dərəcədə artıb.

Karib adaları və Porto Rikonu yerlə yeksan edən "Mariya" qasırğası yenidən 3-cü kateqoriya səviyyəsinə yüksəlib. Qasırğa hazırda Dominik Respublikasına doğru hərəkət edir.

Qasırğa adanın şərq sahillərinə sel yağışı və şiddətli külək gətirib. Təbiət hadisəsi 115 km sürətlə adanın daxilinə doğru irəliləyir. Buna görə bölgədə okean suyunun səviyyəsi təhlükəli dərəcədə artıb.

Qasırğanın güclənərək Baham adalarına qədər gedib çatacağı ehtimal edilir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31