Daxili orqanında gizlədilən heroin aşkar edildi

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.  Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığından onun daxili orqanları həkim müayinəsindən keçirilib.

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.  Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığından onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında 1 ədəd bükümdə xalis çəkisi 9,150 qram olan narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31