Qarabag erməni klanı iki təhlūkə arasında qalıb

İlqar Altay: “Bu Azərbaycandan hūcum ilə Ermənistanda qurulacaq dar agacları qorxusudur” Hazırda həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində əsas müzakirə mövzusu hər iki dövlət başçısının BMT-nin Baş Assambleyasının sessiyasında etdikləri çıxışlardır. İşğalçı Ermənistanın prezidenti həmişəki kimi sərsəm fikirləri ilə bir daha beynəlxalq hüquq və prinsipləri tapdaladığını, heç bir beynəlxalq normalara əməl etmədiyini həyasızcasına BMT kürsüsündən bəyan edib. Təbii ki, işğalçı ölkə başçısının bu fikirləri erməni cəmiyyətində müəyyən mənada Sərkisyana inam hissi formalaşdırıb. Ən azından ona görə ki, separatçı və terrorçu dövlət rəhbərinin dünyaya meydan oxuyan sərsəmləmələrinə sessiyada heç bir reaksiya verilməyib, ona beynəlxalq hüquq və prinsiplər başa salınmayıb. Təbii ki, Azərbaycan Prezidenti istisna olmaqla.

İlqar Altay: "Bu Azərbaycandan hūcum ilə Ermənistanda qurulacaq dar agacları qorxusudur"

Hazırda həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində əsas müzakirə mövzusu hər iki dövlət başçısının BMT-nin Baş Assambleyasının sessiyasında etdikləri çıxışlardır. İşğalçı Ermənistanın prezidenti həmişəki kimi sərsəm fikirləri ilə bir daha beynəlxalq hüquq və prinsipləri tapdaladığını, heç bir beynəlxalq normalara əməl etmədiyini həyasızcasına BMT kürsüsündən bəyan edib. Təbii ki, işğalçı ölkə başçısının bu fikirləri erməni cəmiyyətində müəyyən mənada Sərkisyana inam hissi formalaşdırıb. Ən azından ona görə ki, separatçı və terrorçu dövlət rəhbərinin dünyaya meydan oxuyan sərsəmləmələrinə sessiyada heç bir reaksiya verilməyib, ona beynəlxalq hüquq və prinsiplər başa salınmayıb. Təbii ki, Azərbaycan Prezidenti istisna olmaqla. Azərbaycan Prezidentindən söz düşmüşkən, elə dövlət başçısı Cənab İlham Əliyevin sessiyadakı çıxışı Azərbaycan Prezidentindən bir müddət əvvəl eyni kürsünü bölüşən Sərkisyanın çıxışından sonra ruhlanan erməni cəmiyyətində dərhal qorxu, təlaş hissi yaradıb. Söhbət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Assambleyada çıxışı zamanı Ermənistanın növbəti təxribata əl atacağı təqdirdə ciddi şəkildə cəzalandırılacağı barədə həm İrəvana, həm də bütün dünyaya ünvanladığı xəbərdarlıq mesajından gedir. Məhz Azərbaycan Prezidentinin məlum çıxışının Ermənistan cəmiyyətində ciddi təlaş, qorxu yaratdığı bildirilir. Həmçinin Ermənistanda hakimiyyətdə olan Qarabağ klanının da Azərbaycan Prezidentinin xəbərdarlıq mesajı müəyyən mənada təlaş yaradıb. Bu qorxudan uzaq olmaq, rahat həyat tərzi sürmək üçünsə Ermənistan hakimiyyətinin indiyə qədər yol verdiyi xətalardan nəticə çıxarması vacibdir.

Elə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da bu qənaətdədir. O. bildirib ki, Qarabag erməni klanı bu gūn iki təhlūkə arasında qalıb. İlqar Altayın sözlərinə görə, bu Azərbaycandan hūcum ilə Ermənistanda qurulacaq dar agacları qorxusudur: "Hər ikisi qaçılmaz ölūmdūr və heç yol yoxdur. Azərbaycan vətəndaşları olaraq Azərbaycanda olmazın hərbi cinayətlər törətmiş, bunu da bir qəhrəmanlıq kimi ermənilərin gözūnə soxub, Ermənistandakı hakimiyyəti zəbt edərək, bu xalqa da orada zūlmlər etmiş bir cılız cinayətkar dəstənin-klanın sonu nə olmalı idi ki? Ona görə də, Qarabagı ondan, onlardan almaq lazımdır nəinki danışıqlara ūmid olub vermələrini gözləmək. Demək yeni və daha da sərt aprel hūcum - döyuşūnə, mūharibəsinə ehtiyac olacaq. Yəni, öz torpagını işgaldan azad etmə kimi, qəti mūzakirə mövzusu olmayan bəşəri bir huquqdan, ixtiyardan yararlanıb būtūn qətiyyət və qūvvə ilə buna getmək lazımdır. Və, bu dəfəki uguru heç bir halda durdurmayıb, sonacan davam etdirmək lazımdır. Qaldı ki, Sarkisyan və onun cinayətkar Qarabağ klanının əməlləri, bu, heç şübhəsiz Qarabağ zonasındakı Azərbaycan xalqına qarşı hərbi, insanlığa qarşı və genosid kimi ağır, bəşəri ölçülü bir cinayət əməlidir. Bu əməllərinə görə də Sarkisyan, onun dəstəsi Hərbi Cinayətlər Üzrə Beynəlxalq Haaqa Tribunalı qarşısında cavab verməlidir. Sadəcə, bütün tələb edilən hüquqi prosedurlara uygun olaraq, həmin ali instansiya qarşısında müvafiq iddia qaldırmaq lazımdır. Şübhə etmirəm ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində və Baş Prokurorlugunda Serj Sarkisyanən və onun dəstəsinin əməlləri barədə müəyyən istintaq aparılıb, kifayət qədər faktlar və sübutlar toplanılıb. Yaxşı olardı ki, bu barədə müstəqil ixtisaslı təhqiqatçılar, ekspertlər, araşdırmaçı jurnalistlər də ictimai nöqteyi-nəzərdən öz işlərini görərdilər. Və gələcəkdə bu istiqamətdə dövlətlə bərabər ictimaiyyətin də öz haqlı cəza tələbi üçün əsaslar olardı".

İlqar Altay onu da qeyd edib ki, Azərbaycan Prezidenti BMT-nin ali kürsüsündən işğalçı ölkə rəhbərini öz adı ilə çağırıb: "Sarkisyan Xacalı faciəsinin təşkilatçısıdır!". Azərbaycanın dövlət başçısı Ilham Əliyev BMT tribunasından Ermənistanın indiki prezidenti, sabiq Daglıq Qarabag erməni quldur dəstəsinin başçısı barədə beləcə də deyib. Bunu məncə çoxdan deməli idik. Və bu cani ilə indiyədək oturub söhbət danışıqlar aparmaq da nə rəsmi və siyasi, nə hūquqi, nə də məntiqi cəhətdən lazım deyilmiş". Mərkəz rəhbəri qeyd edib ki, öz xarici və daxili vūcudu ilə dūnyanın ən layiqsiz prezidentinin canı, varlıgı, būtūn ömrü, irəliləyişi Qarabag faciəsi uzərində qurulub: "Deməkdir ki, Qarabagın verilməsi onun ölūmūdūr. Heç verərmi? Versə, bu gūn onun hakimliyindən cana doyub qanlı etiraz, qiyam, ūsyan edən erməni xalqı onu oradaca asar".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31