Jurnalist Azər Hüseynbala əməliyyat olundu 

Tanınmış jurnalisti Azər Hüseynbala infarkt keçirib. Bu barədə məlumat verən  jurnalistin oğlu Turqut Əzizovun  sözlərinə görə, A. Hüseynbala ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Tanınmış jurnalisti Azər Hüseynbala infarkt keçirib. Bu barədə məlumat verən  jurnalistin oğlu Turqut Əzizovun  sözlərinə görə, A. Hüseynbala ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. "Atamın səhhəti sırağagün qəfildən pisləşdi və təcili yardım çağırdıq. Həkimin sözlərinə görə, buna səbəb qan təzyiqidir. O, adətən yüksək təzyiqdən əziyyət çəkirdi. Artıq əməliyyatdan çıxıb və vəziyyəti stabildir". Qeyd edək ki, ailənin maddi sıxıntıları var. Iki gün müddətində müalicə və əməliyyata 3000 manatdan çox vəsait xərclənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31