Paytaxt məktəblərində Beynəlxalq Sülh Günü qeyd edilib 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər keçirilib. “OLAYLAR”-a idarədən verilən məlumata görə, təhsil müəssisələrində Beynəlxalq Sülh Gününə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, inşa müsabiqəsi, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Təhsil müəssisələrində Beynəlxalq Sülh Günü ilə əlaqədar şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər keçirilib. "OLAYLAR"-a idarədən verilən məlumata görə, təhsil müəssisələrində Beynəlxalq Sülh Gününə həsr olunan konfranslar, mühazirə və "Dəyirmi masa"lar, ədəbi-bədii kompozisiyalar, inşa müsabiqəsi, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Təhsil müəssisələrində Beynəlxalq Sülh Günü ilə əlaqədar şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb. Silsilə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltməkdən ibarətdir. Tədbirlərdə ölkəmizdə ənənəvi olaraq 21 avqust-21 sentyabr tarixlərində keçirilən "Sülh aylığı" çərçivəsində görülən işlərdən danışılıb, "Sülh aylığı"nın mahiyyəti və Beynəlxalq Sülh Gününün yaranma tarixi haqqında şagirdlərə ətraflı məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31