Deputatlardan prezident seçkiləri ilə bağlı çağırış
“Kimsədən təklif gözləmədən sinəmizi qabağa verib, Azərbaycanı gözləyən təhlükəyə sipər etməliyik” Məlum olduğu kimi gələn il Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Lakin indidən bu seçkilərə kölgə salmaq üçün bəzi qüvvələr fəallıq nümayiş etdirilər. Azərbaycanı istəməyən yerli və xarici qüvvələr sanki ortaq məxrəcə gələrək ölkəmizə qarşı qarayaxma kampaniyasına start veriblər. Millət vəkili Fəttah Heydərov bildirib ki, bu gün Azərbaycan dünyanın nümunə götürüləcək dövləti qismində çıxış edir və özünü bu formada dünyaya təqdim edə bilib: “Bu gün dünyanın çox qarma-qarışıq dövründə yaşayırıq. Dünya siyasi, iqtisadi, humanitar sahədə ciddi böhranlarla müşahidə olunur. Bu gün dünyada müharibələr, münaqişələr nəticəsində milyonlarla insan köçü yaranıb, dünya humanitar fəlakətlə üz-üzədir. Bu böhranlara baxmayaraq, Azərbaycan öz yolu ilə davam edir. Ölkə başçısı İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bu böhranlardan kənarda qalıb”.
21 Sentyabr 2017 14:20 Siyasət"Kimsədən təklif gözləmədən sinəmizi qabağa verib, Azərbaycanı gözləyən təhlükəyə sipər etməliyik"
Məlum olduğu kimi gələn il Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Lakin indidən bu seçkilərə kölgə salmaq üçün bəzi qüvvələr fəallıq nümayiş etdirilər. Azərbaycanı istəməyən yerli və xarici qüvvələr sanki ortaq məxrəcə gələrək ölkəmizə qarşı qarayaxma kampaniyasına start veriblər. Millət vəkili Fəttah Heydərov bildirib ki, bu gün Azərbaycan dünyanın nümunə götürüləcək dövləti qismində çıxış edir və özünü bu formada dünyaya təqdim edə bilib: "Bu gün dünyanın çox qarma-qarışıq dövründə yaşayırıq. Dünya siyasi, iqtisadi, humanitar sahədə ciddi böhranlarla müşahidə olunur. Bu gün dünyada müharibələr, münaqişələr nəticəsində milyonlarla insan köçü yaranıb, dünya humanitar fəlakətlə üz-üzədir. Bu böhranlara baxmayaraq, Azərbaycan öz yolu ilə davam edir. Ölkə başçısı İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bu böhranlardan kənarda qalıb". F.Heydərov əlavə edib ki, biz İlham Əliyev kimi bir ölkə başçısının rəhbərlik etdiyi ölkədə yaşayırıq: "Məhz onun uğurlu, müdrik siyasəti nəticəsində Azərbaycan dünyadakı böhranlardan kənarda qalıb. Ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan dünyanın nümunəvi bir dövləti qismində çıxış edir. Bu gün dünya Azərbaycandan nümunə götürür. Biz millət vəkilləri də ölkə başçısının bu siyasətinin uğurla həyata keçirilməsinə öz töhfəmizi verməliyik".
Millət vəkili Azər Badamov da bildirib ki, Azərbaycanı istəməyən qüvvələr yenidən ölkəmizə qarşı fəaliyyətə başlayıblar: " Əslində onlar heç zaman "faəaliyyətlərini" dayandırmayıblar, daim ölkəmizə qarşı təxribatlarını davam edirməkdədirlər. Mən də belə hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı hər birimiz ayıq-sayıq, fəal omlalıyıq. Çünki həmkarlarımın da qeyd etdikləri kimi, Azərbaycanı istəməyən qüvvələr yenidən ölkəmizə qarşı fəaliyyətə başlayıblar. Onlar ölkəmizin inkişafından, dünyadakı nüfuzundan, ölkə Prezidentinin apardğı uzaqgörən və müstəqil siyasət kursundan çox narahatdırlar. Bu, onların maraqlarına uyğun deyil. Ancaq mən inanıram və qəti əminəm ki, bu dəfə də həmin qüvvələr acı məğlubiyyətə uğrayacaq, seçkilər prosesi isə çox sakit, təhlükəsiz və demokratik bir şəraitdə reallaşacaq. Heç kim də buna şübhə etməsin. 2018-ci il seçkiləri də anti-Azərbaycan dairələri üzərində növbəti qələbəmiz olacaq".
Millət vəkili Tahir Rzayev bildirib ki, Azərbaycanının uğurlarını gözügötürməyən ermənipərəst anti-azərbaycançı qüvvələr seçkilər ərəfəsində yenidən fəallaşmaqdadırlar: "Bildiyiniz kimi, gələn il Azərbaycan cəmiyyəti, ictimai-siyasi həyatımız üçün çox vacib bir proses yaşanacaq. Yəni, Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Ancaq çox təəssüflər olsun ki, yenə də bəzi anti-Azərbaycan dairələri fəallaşmaqdadırlar. Onlar ölkəmizlə, uğurlarımızla bağlı yenidən ən müxtəlif təxribatlara əl atmmaqdadırlar. Hər vəchlə çalışırlar ki, ölkəmizin uğurlarının, nailiyyətlərinin üzərinə kölgə salsınlar. Ancaq həmin dairələr əmin olsunlar ki, budəfki cəhdləri, murdar niyyətləri baş tutmayacaq, iflasa məruz qalacaqlar. Seçkilər azad, ədalətli və demokratik şəritdə baş tutacaq və Azərbaycan xalqı növbəti dəfə öz layiqli seçimini edəcək". Deputat əlavə edib ki, bunlar Azərbaycanın müstrəqilliyini itəməyən qüvvələrdir: "Odur ki, 2018-ci ildə keçiriləcək seçkilərlə bağlı qarayaxma kampaniyası aparan qüvvələrlə mübarizə aparmalıyıq. Biz deputat olaraq nəinki qanunvercilik aktlarının hazırlanmasında ölkənin ictimai-siyasi həyatınfda fəal iştirak etməliyik. Bu təbliğat vasitəsində bələdiyyələrin də rolu ola bilər. Biz öz fəaliyyətimizlə ölkədə gedən inkişafı daha da sürətləndirməliyik".
Millət vəkili Rafael Hüseynov qeyd edib ki, "Əsrin müqaviləsi"nin müddətinin uzadıldığını və bununu Azərbaycanın inkişafı baxımdan çox əhəmiyyətli hadisədir. Bildiyiniz kimi, həmin müqavəlinin imzalanması çox çətin bir mərhələdən keçdi. Müstəqilliyimizi, inkişafımızı istəməyən dairələr həmin imzalanmasına qarşı dirəniş göstərirdilər, onun baş tutmaması üçün əllərindən gələni edirdilər: "Mərhum dövlət rəhbərimiz Heydər Əliyevin müdrik siyasəti və siyasi iradəsi nəticəsində tarixi "Əsrin müqaviləsi" imzalandı və Azərbaycanımızın inkişaf, müstəqillik tarixində yeni bir mərhələ başlandı. İndi də çox sevindirici haldır ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçı ölkə Prezidenti cənab İlham Əliyvevin Azərbaycan naminə fəaliyyəti nəticəsində həmin müqailənin müddəti uzadıldı, yeni saziş imzalandı. Elə son günlərdəki hadisələr, Azərbaycanı sevməyən, uğurlarımızı gözügötürməyən dairələrin addımları, fəaliyyətləri də təsadüfi və səbəbsiz deyil. Anti-Azərbaycan dairələr yenidən ölkəmizə qarşı fəallaşıblar, onlar uğurlarımızı, inkişafımızı heç cür qəbul edə bilmirlər. Ancaq onların bu "fəallığı" da səmərəsiz, nəticəsiz qalacaq. Azərbaycanı müstəqil siyasət kursundan, öz inkişaf yolundan döndərə bilməyəcəklər. Biz deputatlar da son həftələrdə və qarşıdakı aylarda fəal olmalıyıq. Kimsədən təklif gözləmədən sinəmizi qabağa verib, Azərbaycanı gözləyən təhlükəyə sipər etməliyik. Bu dövr bizim üçün sınaqdır. Biz bu təhlükəni sovuşdurmağa çalışmalıyıq".
Alim