"Avronest" PA-da Dağlıq Qarabağ məsələsi qaldırılacaq
Sentyabrın 22-də Bakıda "Avronest" Parlament Assamleyasının iclası keçiriləcək. Tədbirdə Avropa Parlamentinin və "Avronest" Parlament Assamleyasına üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqının təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər. Azərbaycanın "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri, "Avronest” PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov bildirib ki, tədbir iştirakçılarının siyahısında Ermənistanın "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyanın da adı var: “Amma onların iclasda iştirak edib-etməyəcəyi ilə bağlı məlumatım yoxdur.
21 Sentyabr 2017 14:15 SiyasətSentyabrın 22-də Bakıda "Avronest" Parlament Assamleyasının iclası keçiriləcək. Tədbirdə Avropa Parlamentinin və "Avronest" Parlament Assamleyasına üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqının təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər. Azərbaycanın "Avronest" PA-dakı nümayəndə heyətinin rəhbəri, "Avronest" PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov bildirib ki, tədbir iştirakçılarının siyahısında Ermənistanın "Avronest" PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyanın da adı var: "Amma onların iclasda iştirak edib-etməyəcəyi ilə bağlı məlumatım yoxdur. Konfransda 100-dən çox qonağın iştirakı gözlənilir". Fuad Muradov iclasın Bakıda Milli Məclisin "Avronest" PA-dakı nümayəndə heyətinin təşəbbüsü ilə keçiriləcəyini qeyd edib: "3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu" adlı toplantı Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq". Nümayəndə heyətinin rəhbəri deyib ki, konfransda Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələ də qaldırılacaq.