Gündəm
Sosial biznes ideyası: Azərbaycan üçün önəmi
Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə oktyabrı ayının 12-də UNEC-də "Sosial biznes: Azərbaycanda reallıqlar və perspektivlər” adlı konfrans keçirilmişdir. Konfransda sosial biznes ideyasının Azərbaycan üçün önəmi ətrafında professor-müəllim heyətinin iştirakı ilə müzakirələr aparılmışdır. Bu müzakirənin doğurduğu marağı nəzərə alıb mövzunun daha çox ictimailəşməsinə xidmət edən prosesə öz tövhəmizi verməyi qərara aldıq.
Sosial və iqtisadi uğurların sirri
Cari ilin doqquz ayını Azərbaycan üçün uğurlu hesab etmək olar. Statistik göstəricilər, eləcə də beynəlxalq təşkilatların qiymətləndirmələri ölkəmizin naliyyətlərinin geniş olduğunu bir daha təsdiqləyir. Demək olar ki, arxada qalan müddət ərzində bütün sahələrdə uğurlar əldə edilib. Xüsusən, doqquz ayda sosial və iqtisadi göstəriciləri müsbətdir. Dünya bazarında neftin qiymətinni aşağı düşməsi fonunda Azərbaycanda qeyri-neft sektorunun 2,5 faiz artımı xarici ticarət dövriyyəsinə də əməlli-başlı təsir edib. Azərbaycanda şaxələndirilmiş iqtisadi siyasət həyata keçirildiyindən demək olar ki, bütün sahələrdə inkişaf tendensiyası müşahidə olunub.
Narkomaniya-cəmiyyət üçün aktual olan ictimai və sosial problem
Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların sağlamlığına təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan başlıca amillərdəndir.
İspaniyalı diplomat Azərbaycanda investisiya imkanlarını araşdırıb
İspaniya Krallığının Səfirliyinin müvəqqətii şlər vəkili İqnasiyo Sançez Taboada Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb.
Azərbaycanda Amerika Ticarət Palatasınının nizamnaməsinə dəyişikliklər edilib
Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”)növbəti ənənəvi aylıq işgüzar naharıbaş tutub. Nahar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın təqdimatı və Azərbaycanda “AmCham”ınnizamnaməsinə Palatanın Direktorlar Şurası tərəfindən təklif olunmuş dəyişikliklərin qəbulu üçün səsvermə ilə yadda qalıb “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirə “AmCham”a üzv şirkətlərdən 140-dan çox nümayəndə qatılıb.
Müxalifət lideri hakimiyyətə təklfilər verdi
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev hakimiyyətə bir sıra təkliflər ünvanlayıb. “OLAYLAR”-ın xəbərinə görə, VİP sədri İspaniya və Kataloniya rəsmiləri arasında vasitəçilik və Brüsselin passiv vasitəçiliyinin əvəzinə Bakını təmas məkanı kimi təklif edib. Bundan başqa partiya sədri İspaniyada baş verən hadisələr işığında separatizm mövzusunda Bakıda beynəlxalq konfransın təşkil olunması təklifi ilə çıxış edib.
Azərbaycan sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfələr verir
“Azərbaycan Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkə olaraq sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfələr verir. Bu faktorun göstəricisi kimi ölkəmizdə ötən il “Multikulturaliz ili”, bu il isə “İslam həmrəyliyi ili” elan olunub”.
Sorğuları vaxtında cavablandırmayanlar cəzalandırılacaq
Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsi və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki və hüquqi şəxslər cəzalandırılacaqlar.
Ədliyyə Nazirliyi yeni müsabiqə elan edib
Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilib. Məhkəmə ekspertizası mərkəzinin Müsabiqə Komissiyasından “Olaylar”a bildirilib ki, vakant ştat vahidləri Məhkəmə ekspertizası mərkəzində əsasən filologiya (Azərbaycan dili və ədəbiyyatı), fizika, kimya, inşaat mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, yol hərəkətinin təşkili, eləcə də Mərkəzin Şirvan regional bölməsində kimya ixtisası üzrədir. Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən həmin ixtisaslar üzrə ali təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunur.
Yaxın Şərq- qaynayan coğrafiya
Hazırda Yaxın Şərq dünyanın ən qaynar bölgəsi hesab edilir. Bir neçə illər öncə Yəmən və Liviyadan başlayan “demokratiya” hərəkatları daha sonra öz əhatə dairəsi və miqyasını genişləndirərək regionun digər ölkələrini əhatə etməyə başladı. Tədricən Misir, Suriya və hələ Yəmən və Liviya böhranından çox-çox əvvəl bu “demokratiya” uğrunda mübarizə aparan İraq da çox keçmədən Yaxın Şərqin fəlakət ocağına çevrildi. Qərbin uzun vədəli olan Yaxın Şərqi qan çanağına çevirmək planının indi də növbəti mərhələsi, qeyd edilən ölkələrin parçalanması prosesi həyata keçirilir.
Ürək-damar xəstəlikləri niyə yaranır?
Müasir dövrdə tibbdə yeni sahə olan invaziv kardiologiyanı ürək – damar xəstəliklərindən əziyyət çəkənlərin həyat xilasedicisi adlandırmaq olar. Bu sahəyə marağı və həmçinin də bu haqda məlumat azlığını nəzərə alaraq invaziv kardiologiya üzrə mütəxəssis, bir neçə beynəlxalq konfransların iştirakçısı, Azərbaycan və Avropa Kardiologiya Cəmiyyətinin həqiqi üzvü, Avropa İnvaziv Kardiologiya Cəmiyyətinin həqiqi üzvü Doktor Eyvaz Abbasovla olan söhbətimizi təqdim edirik.
İraqın taleyi necə olacaq?
Şimali İraqda hələ də bölgə üçün təhlükəli oyunlar oynanılır. Gah kürdlərə dəstək, gah da onlardan imtina kimi gedişlər Qərbin, Birləşmiş Ştatların Şimali İraqda hansı gedişi etmək istədiklərini tam müəyyənləşdirməkdə çətinlik yaradır. Hazırkı situasiyada isə görünən odur ki, Birləşmiş Ştatlar və Qərb kürdlərə dəstəkdən imtina edib. Ancaq nəyin qarşılığında, bu hələ ki aydın deyil.
Rüşvətxorluqda təqsirləndirilən bağça müdirinin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Körpə İncilər" Təlim-Tədris Mərkəzinin müdiri İlahə Ziyadovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Telefon xətlərinə qanunsuz daxil olmaq cinayət məsuliyyəti yaratmayacaq
Azərbaycanda telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma cinayət məsuliyyəti yaratmayacaq. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur. Belə ki, məcəllədən 189-cu (Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma) maddəsi çıxarılır.
Dünya Bankı Azərbaycanla bağlı proqnozunu AÇIQLADI
2017-ci ildə Avropa və Mərkəzi Asiya regionunun iqtisadiyyatı 2,2% böyüyəcək. Bu barədə Dünya Bankının (DB) yenilənmiş proqnozunda deyilir. May ayında dərc olunan sənəddə iqtisadi artım tempi ilə bağlı proqnoz 1,9% səviyyəsində olub.










.jpg)



