Narkomaniya-cəmiyyət üçün aktual olan ictimai və sosial problem
Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların sağlamlığına təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan başlıca amillərdəndir.
19 Oktyabr 2017 14:52 SosialNarkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların sağlamlığına təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan başlıca amillərdəndir. Buna görə də qabaqcıl dünya dövlətləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını daha da təkmilləşdirmək sahəsində səylərini artırırlar. Bu bəşəri bəla ilə mübarizə Azərbaycan üçün də aktual ictimai və sosial məsələdir. Narkomaniya bütövlükdə cəmiyyət üçün təhlükə təşkil etdiyi üçün onunla mübarizəni də cəmiyyət səfərbər olaraq aparmalıdır. Ötən müddətdə həyata keçirilən iki proqram (2000-2006 və 2007-2012-ci illər) və hazırda icrası davam edən 2013-2018-ci illər üçün Dövlət Proqramı bu sahədə dövlətin müxtəlif qurumlarının və ictimai təşkilatların qarşılıqlı fəaliyyətinə zəmin yaradıb. Eyni zamanda hüquq-mühafizə orqanları də narkomaniyaya qarşı mübarizə istiqamətində səmərəli fəaliyyət həyata keçirirlər. Belə ki, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2373 fakt aşkar edilib ki, onlardan 678-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1455-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 196-ı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 44-ü isə digərləri təşkil edib. Hesabat dövründə 1955 nəfər cinayət məsuliyyətinə cəlb edilib ki, onlardan 4-ü 18 yaşadək, 154-ü 18-25 yaşadək, 281-i 26-29 yaşadək, 1516-ı 30 yaşdan yuxarı, o cümlədən 21-i fəhlə, 7-i qulluqçu, vəzifəli və ya maddi məsul şəxs, 1- i nəqilyyat işçisi, 1726-ı işləməyənlər, 764-ü təkrar cinayət törətmiş şəxslər, 1926-ı kişilər, 29-u qadınlar, 36 nəfəri isə xarici ölkə vətəndaşlarıdır. Onlardan da ümumilikdə 112 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olub ki, onlardan 24.056 nəfəri dispanser, 5.392 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20.576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülüb, 1.249 nəfər isə qeydiyyatdan çıxarılıb. Nazirliyin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2017-ci ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 390 nəfər təşkil edib ki, onlardan 385-i (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbilərdir. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 oktyabr 2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6575 nəfər qeydiyyata götürülüb ki, onlardan 6364-ü (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 4817-i (73,7%) kişi, 1758-i (26,3%) qadındır. İİV-ə yoluxması təsdiq olunmuş 6575 nəfərdən 3029-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Cari ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 486 pasiyentdən 106 nəfərində İNİ aşkar olunub. Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 19601 nəfər keçib. Onlardan 1090 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunmuş və 586 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb. Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin edilmiş və 1563 nəfər ekspertizadan keçirilib. Onlardan 943 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilmiş, mülkü işlə bağlı narkoloji tibbi müəsssisəsində məcburi müalicədə olan narkomanlıq xastəliyinə dücar şəxslərin ümumi sayı 27 nəfərdir, onlardan isə 12 nəfərinin müalicəsi hal-hazırda davam etdirilir. Həmçinin, 9 ay ərzində 2582 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 939 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" (F10), 1454 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları"(F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir.Eyni zamanda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 216 xəstə müalicə alır. Onlardan 167 nəfəri Respublika Narkoloji Mərkəzində, 49 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.
Göründüyü kimi ölkədə narkomaniyaya qarşı mübarizə istiqamətində uğurla aparılan mübarizə onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin adı çəkilən problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılacaq, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar atılacaq.
Məhəmməd