Gündəm

"Rusiya münaqişənin sülh yolu ilə həllinə sadiqdir" - Uorlik

19 Oktyabr 2017 14:25

ABŞ və Rusiya arasında gərgin münasibətlərə baxmayaraq, Qarabağ münaqişəsi bizim rəsmi Moskva ilə sıx əməkdaşlıq etdiyimiz sahələrdən biridir. Bunu ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik deyib. Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.

Müəllim "D" hərfini yaza bilməyən 1-ci sinif şagirdini şillələdi - VİDEO

19 Oktyabr 2017 14:23

Türkiyənin Adana şəhərində Hacı. A. adlı müəllim yazı taxtasına çıxardığı 1-ci sinif şagirdi Salih G.-nı "D" hərfini yaza bilmədiyi üçün döyüb. Hadisə anının görüntüsü internetdə yayılıb. 

Millət vəkili “Qarabağ”ı təbrik etdi

19 Oktyabr 2017 14:16

“Qarabağ” Futbol Klubu növbəti ilkə imza atdı. Avropanın elecə də dünyanın ən güclü futbol kulublarından biri sayılan Madridin “Atiletiko” komandası ilə oyunda “Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı. Çempionlar Liqasina çıxması ilə artıq Azərbaycanın Futbol tarixinin ən uğurlu nəticəsini əldə edən “Qarabağ” eyni zamanda böyük siyasi uğur da qazandı. Artıq “Qarabağ” bütün dünyaya Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu yüz milyonlarla tamaşaçı qarşısında nümayiş etdirir. Bu ermənilərin Azərbaycana qarşı apardıqları çirkin təbliğat kompaniyasına tutarlı cavabdır. Bunu  millət vəkili Rauf Əliyev deyib.

Amerikanın ƏLƏVİ SSENARİSİ: Türkiyə üçün xaos PLANI

19 Oktyabr 2017 14:14

ABŞ-ın Türkiyə daxilində xaos yaratmağı planlaşdırır. Bu barədə Vətən Partiyasının rəhbəri Doğu Perinçek deyib. Onun sözlərinə görə, ABŞ Türkiyə daxilində ələvi tələsi hazırlayır.

Ermənilər Xocavənddə tarixi abidələrimizi dağıdır

19 Oktyabr 2017 14:05

Dağlıq Qarabağdakı tarixi abidələr separatçı ermənilər tərəfindən məhv edilir.  Hazırda Xocavənd şəhərində yerləşən Qırmızıbazar qəsəbəsində qədim binalar sökülür. Belə ki, həmin binaların yerində 2 çoxmərtəbəli bina inşa ediləcək. Tikintini aparan “Rafo” şirkətinin direktoru Karen Alaverdyan bildirib ki, artıq işin birinci mərhələsi başlayıb. Məlumata görə, ermənilər hərmin ərazidə 4 mərtəbəli 3 və 4 otaqdan ibarət 2 bina tikilməyi planlaşdırılır.

Sarkisyan baş nazir, Karapetyan isə müavini olacaq

19 Oktyabr 2017 14:02

Ermənistanda hakimyyət daxilində yeni razılaşma əldə olunub.  Cenevrə görüşündən əvvəl və sonra aparılan üzünmüddətli danışıqlar nəticəsində prezident Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasında vəzifə bölgüsü aparılıb. 

Nuşirəvan Məhərrəmli ləhcə və dialektlə danışanlara səsləndi

19 Oktyabr 2017 14:00

"Ədəbi dil normalarının qorunması hər bir kəsin vətəndaşlıq borcu olmalıdır". Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. N. Məhərrəmli bildirib ki, hər bir kəs Ana dilini səlis bilməlidir: "Hər birimiz orta məktəbdə "Azərbaycan dili" dərsi keçirik. Bu dərslik Azərbaycanın bütün bölgələrinin dilləri əsasında formalaşıb. O baxımdan biz hər hansı ləhcədə, dialektdə danışmamalı, alınma sözlərdən minimum istifadə etməliyik. Alınma sözlərdən yalnız Azərbaycan dilində qarşılığı olmayanda istifadə olunmalıdır.

“O, öləndə 24 saat otağımdan çıxmadan ağladım” - İvanka Tramp

19 Oktyabr 2017 13:56

Amerika liderinin qızı İvanka Tramp yeniyetməlik dövrünə aid maraqlı etiraf edib. Xatirələrini bölüşən xanım Tramp 90-cı illərdə rok həvəskarı olduğunu, hətta bir dəfə saçını göy rəngə boyadığını deyib. O, göy saçlarını görəndə anasının hirsləndiyini, yenidən əvvəlki rənginə boyatdırdığından söz açıb.

PKK ABŞ əsgərlərini həbs etdi

19 Oktyabr 2017 13:53

PKK/PYD terror qruplaşması onlara dəstək verən ABŞ əsgərlərini həbs edib. Həbs olunanlar Kevin Hovard və Taylor Hudsondur. K.Hovard 28 yaşındadır, ABŞ ordusunun keçmiş əsgəridir. 1 ildir Suriyada PKK/PYD qruplaşması tərkibində döyüşür. T.Hudson da keçmiş Amerika əsgəridir. Hovardla birlikdə terror qruplaşmasına qoşulub. 

Yaponiyanın cənubu 6,1 balla "silkələndi"

19 Oktyabr 2017 13:42

Yaponiyanın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanlar Okinava adası yaxınlığında, yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ nəticəsində sunami təhlükəsi yaranmadığı bildirilib. İnsan təlafatə və dağıntılar qeydə alınmayıb.

İspaniya Kataloniyanın muxtariyyətini dayandırır

19 Oktyabr 2017 13:41

İspaniya hökuməti Kataloniya vilayətinin muxtariyyət statusunun dayandırılmasını bəyan edib. Məlumata görə, mərkəzi hakimiyyət Kataloniyada özünüidarə sisteminin məhdudlaşdırılmasını nəzərdə tutan Konstitusiyanın 155-ci maddəsinin tətbiqi üçün prosedura başlayacaq.

"Rusiya vasitəçi olaraq Ermənistana silah verməli deyil"

19 Oktyabr 2017 13:37

"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistanın həddən artıq silahlanmasına yol verməməli və neytrallığını saxlamalıdır". Bunu  açıqlamasında deputat Bəxtiyar Əliyev deyib.

16 yaşlı Kübra sevgilisinə qurban getdi

19 Oktyabr 2017 13:35

Sevgilisi ilə görüşməsin deyə qardaşları tərəfindən evdə dustaq kimi saxlanılan 16 yaşlı D.Kübra faciəli şəkildə həyatını itirib. Hadisə Türkiyənin Bursa şəhərində baş verib. Valideynlərini itirdikdən sonra qardaşları ilə birlikdə yaşayan Kübra sevgilisi ilə qaçmaq istəyib. Qardaşlarının evdə olmadığından istifadə edən qız yaşadıqları 6 mərtəbəli binanın 3-cü mərtəbəsindən düşmək istəyib. Pərdə ilə yataq örtüyünü bir-birinə düyünləyən qız pəncərədən düşmək istəyərkən müvazinətini itirərək 10 metr yüksəklikdən yerə çırpılıb.

Messidən qəribə hərəkət: corabından çıxardı…

19 Oktyabr 2017 13:33

“Barselona” klubunun ulduzu Lionel Messi 100-cü qolunu atdığı matçda qolundan daha çox etdiyi hərəkətlə gündəm olub. Dünən “Olimpiakos” komandasını qonaq edən “Barselona” rəqibini 3-1 hesabı ilə məğlub edib. Tarixi matçda 100-cü qolunu atan L.Messi corabından bir şey çıxararaq ağzına qoyub və çeynəməyə başlayıb. Ulduzun bu hərəkəti kameralardan yayınmayıb. Bu barədə xəbər yazan Kataloniya mediası Messinin hərəkətinə aydınlıq gətirərək onun dərman olduğunu bildirib.

Şimali Koreya ABŞ-ı ağlasığmaz zərbə ilə hədələdi

19 Oktyabr 2017 13:25

Koreya Xalq Demokratik Respublikası ABŞ-ı gözləmədiyi bir vaxtda ərazisinə ağlasığmaz zərbə endirəcəyi ilə təhdid edib. Bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi Şimali Koreyanın dövlət xəbər agentliyinə istinadən yazıb. Bildirilir ki, xəbərdarlıq Koreya yarımadası yaxınlığında ABŞ və Cənubi Koreya gəmilərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərlə əlaqədar edilib.