Gündəm

Yeznəsini təcavüzdə günahlandıran müğənni öldürüldü - VİDEO

19 Oktyabr 2017 13:17

Hindistanın məşhur müğənni və rəqqasələrindən olan 22 yaşlı Harşita Dahiya naməlum şəxslər tərəfindən ölürülüb. Konsertindən qayıdan müğənni Chamara mahalında güllələnib. Başından və boynundan güllə yarası alan müğənni yerindəcə keçinib. Şübhəlilər hadisə yerindən qaçıblar.

Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası

19 Oktyabr 2017 13:15

Tbilisi şəhərində 67 saylı ictimai məktəbin bir qrup şagirdi etiraz aksiyası keçirib. Aksiyaya səbəb məktəbin kimya müəllimi Dodo Kezuanın şagirdlərə qarşı təhqir və fiziki zorakılığa yol verməsidir.

"Hazırda "Maşın-şou"da baş verənlərdə qanun pozuntusu yoxdur” 

19 Oktyabr 2017 13:14

Milli Televiziya və Radio Şurası Azərbaycan teleradio məkanında bütün verilişlərin milli-mənəvi dəyərlər çərçivəsində aparılmasını diqqətdə saxlayır. Bəzən özəl telekanallarımızda milli-mənəvi dəyərlərə qarşı biganəlik göstərilir, bəzi xoşagəlməz hadisələr baş verir.

Cəzaların icrasına nəzarət etməyən məmurun özü cəzalanacaq

19 Oktyabr 2017 13:12

Vəzifəsini icra etməyən, ictimai işlər və inzibati tənbeh növündə cəzaların icrasına məsuliyyət daşıyan vəzifəli şəxslər barəsində cəza müəyyənləşdirilir. Nununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 528-1 (İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməsi) maddəsinin əlavə edilməsi təklif olunur.

"Sığorta fəaliyyəti haqqında" qanun dəyişdirilir

19 Oktyabr 2017 13:04

"Həyatın yığım sığortası və annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edəcək”.

Sahibkarlarla bağlı yoxlamalar daha 4 il müddətinə dayandırılır

19 Oktyabr 2017 13:03

Oktyabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib. Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə gündəlikdəki qanun layihələrinin ölkə prezidentinin təqdimatı ilə parlamentə göndərildiyini deyib. Onun sözlərinə görə, qanun layihələrində müvafiq qanunvericilik aktlarına, o cümlədən, Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur.

Hadı Rəcəbli: “Əlillərlə bağlı qanunvericilikdə dəyişiklik gözlənilmir”

19 Oktyabr 2017 13:02

Mətbuatda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcəyi barədə məlumatlar dərc olunmaqdadır. Məlumatda qeyd edilir ki, bu sahədə köklü dəyişikliklər və islahatlar aparılacaq. Hazırlanacaq yeni layihəyə əsasən fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək.

Dağlıq Qarabağ tənzimlənməsində yeni mərhələ

19 Oktyabr 2017 13:00

Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar və beynəlxalq təşkilatların məsələyə münasibətini araşdırıb, iki ölkə prezidentinin Cenevrə görüşünü təhlil edib. Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü Dağlıq Qarabağ tənzimlənməsində tam yeni mərhələ olduğunu qeyd edən SİTM sədri Mübariz Əhmədoğlu bildirib ki, uzun fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Ermənistanın şərt irəli sürməsi, imitasiyaları bu görüşə maneçilik edə bilmədi.

Mübariz Qurbanlı Sabirabadda vətəndaşları qəbul edəcək

19 Oktyabr 2017 12:56

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

“Geostorm”  təqdim olundu

19 Oktyabr 2017 12:54

Park Cinema kinoteatrının Azercell IMAX zalında “Geostorm” filminin eksklüziv nümayişi baş tutdu. Olaylar bildirir ki, filmdə baş rolları Cerard Batler, Cim Störcess, Ebbi Korniş və Aleksandra Mariya Lara canlandırıblar. Filmin çəkilişlərinin son mərhələlərində prodüsser qismində Cerri Brukhaymer cəlb olunduqdan sonra filmin bir çox səhnələri yenidən çəkilib. Bəzi səhnələr isə hətta Luziana ştatında, Yeni Orleanda NASA-nın mərkəzində lentə alınıb.

«Геошторм» - эксклюзивный пресс-показ в IMAX

19 Oktyabr 2017 12:54

18 октября, за день до премьеры состоялся эксклюзивный показ фильма «Геошторм» в Park Cinema, в зале Azercell IMAX. В мероприятии приняли участие известные журналисты, блоггеры, режиссеры и представители частных компаний. Главную роль в фильме играют Джерард Батлер, Джим Стёрджесс, Эбби Корниш и Александра Мария Лара. Многие сцены фильма были пересняты, когда на последних этапах работы в качестве продюсера был привлечён Джерри Брукхаймер. А некоторые сцены снимали даже в центре НАСА в Новом Орлеане, штат Луизиана.

Saakaşvilinin tərəfdarları yenidən Kiyevin mərkəzində toplaşıb

19 Oktyabr 2017 12:51

Kiyevin mərkəzində Mixail Saakaşvilinin tərəfdarları toplaşmağa başlayıb. Ali Radanın qarşısında çadır quran mitinq iştirakçıları tələblərinin yerinə yetirilməsini istəyir. Bu gün parlamentin iclasında tələblərin bəzilərinə baxılacağı gözlənilir. 

“Yol polisi olmasa, taksi sürücüləri yolları iflic edər”

19 Oktyabr 2017 12:50

“Taksilərin avtobus dayanacaqlarında saxlanması ilə bağlı ciddi tədbirlər görülür. Əgər yol polisi ərazilərdə fəaliyyət göstərməsə qanunsuz taksi fəaliyyəti ilə bağlı məşğul olan sürücülər yolları iflic vəziyyətə salar”. Bu sözləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. 

Buddanın heykəlinin içindən nə çıxdı?- Elm dünyası şokda-VİDEO

19 Oktyabr 2017 12:47

Buddanın heykəli kompüter diaqnostikasına məruz qalmayan ən qədim tarixi əsərlərdən biridir.  Niderland alimləri bu işi görmək qərarına gəliblər. Nəticələr hamını şoka salıb. Heykəlin içində insan bədəni var idi!

Ayda nəhəng tunel aşkarlandı

19 Oktyabr 2017 12:44

Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi (JAXA) Aya göndərdiyi “Kaquya” süni peykinin çəkdiyi görüntülərdə Ayın səthində tunelə bənzər nəhəng boşluq aşkarlanıb.