Bu gün Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək
11:01 SiyasətBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək.
Trend xəbər verir ki, iş üzrə hazırlıq iclasına hakim Murad Aslanov sədrlik edəcək.
İttiham aktında R.Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb. Onun da cinayət işinə R.Mehdiyevin işi ilə birlikdə baxılacaq.
R.Mehdiyevə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə yönəlik əməllər), 274 (dövlətə xəyanət), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) və 311 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31