Elen Xoştariya: Zelenskinin “Karpat səkkizliyi” təşəbbüsü Gürcüstanın təhlükəsizliyi ilə birbaşa bağlıdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, həbsdə olan "Droa" partiyasının lideri Elen Xoştariya Ukrayna prezidenti Volodimir Zelenskinin "Karpat səkkizliyi" təşəbbüsünün Gürcüstanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Siyasətçi qeyd edib ki, Gürcüstanda ruspərəst deyil, milli hökumət olsaydı, ölkə bu regional təhlükəsizlik blokunun fəal liderlərindən birinə çevrilərdi. 

Xoştariya Şərqi Avropanın tarixi təcrübəsinə istinad edərək vurğulayıb ki, Kollektiv Təhlükəsizlik Sistemləri olmadan region ölkələri həmişə Rusiyanın təhdidləri ilə üz-üzə qalıb. Onun sözlərinə görə, mövcud hakimiyyətin mövqeyinə baxmayaraq, Gürcüstan müxalifəti bu məsələni beynəlxalq tərəfdaşlarla müzakirə etməyə başlaya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31