Gündəm

Ermənilər Sarkisyana ETİRAZ EDİR: “Sən Əliyevin qarşısında...”

19 Oktyabr 2017 12:43

Prezidentlərin Cenevrə görüşü haqda müzakirələr davam edir. Serj Sarkisyanın görüşdən çıxarkən “qalib” görüntüsü yaratmasının əksinə olaraq, Ermənistanda onun Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında məğlub olduğunu hesab edirlər.

Yağış yağacaq

19 Oktyabr 2017 12:37

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Kataloniyadan İspaniyaya təhdid: Yoxsa müstəqilliyimizi elan edərik

19 Oktyabr 2017 12:35

Kataloniya muxtar vilayətinin lideri Karles Puçdemon İspaniyanın Baş naziri Mariano Raxoya növbəti məktub göndərib. Məlumata görə, məktubda K.Puçdemon İspaniya hökumətinin görüşdən imtina edəcəyi təqdirdə, Kataloniyanın müstəqilliyini elan edəcəklərini bildirib. Məsələ ilə bağlı İspaniya hökumətinin təcili iclasının keçiriləcəyi deyilir.

Ermənistanda nazir müavini qarət olunub

19 Oktyabr 2017 12:33

Ermənistanın paytaxtı İrəvanda diaspora nazirinin müavini Serjik Srapionyana qarşı oğurluq faktı qeydə alınıb. Nazir müavini polis idarəsinə müraciət edərək həyətdə saxladığı “Nissan Qashqai” markalı avtomobilindən oğurluğun edildiyini bildirib.

“İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlarin sayı artıb

19 Oktyabr 2017 12:25

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə cari ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,8 faiz çox olmaqla 221 656 dəfə müraciət edilib.

Gömrükçülər etiraz edirlər

19 Oktyabr 2017 12:23

Yunan gömrükçüləri etiraz məqsədi ilə tətil etməyə başlayıblar. Olaylar bildirir ki, Türkiyə Trkya Gömrük məntəqəsi Yunanıstanın Kipi və Kastanies gömrük məntəqələrində gömrük personalının başlatdığı tətil səbəbiylə Pazarkule sərhəd məntəqəsində  sərnişinlərin ölkəyə daxil olmalarına icazə verməyib.

Mer yürüşün mitinqlə əvəzlənməsini təklif etdi

19 Oktyabr 2017 12:20

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşlə bağlı müraciətini cavablandırıb. Məlumata görə, meriya yürüşün keçirilməsinə razılıq verməyib. BŞİH həmin tarixdə keçmiş “Məhsul” stadionunda mitinq keçirməyi Müsavat Partiyasına təklif edib.

Sürücülərə qarşı bu cərimənin praktikada tətbiqi mümkün deyil

19 Oktyabr 2017 12:16

Avtomobildə diqqəti yayındıracaq söhbətə görə qanunvericilikdə cərimə nəzərdə tutulsa da, bunu praktikada tətbiq emək demək olar ki, mümkün deyil. Bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Nazirdən qrip və kəskin respirator virus infeksiyaları ilə bağlı ƏMR

19 Oktyabr 2017 12:14

Səhiyyə naziri Oqtay Şirəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar səhiyyə, təhsil müəssisələrində qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin görülməsi üçün tapşırıqlar verib.

Mixail Şumaxerin oğlu: “Hədəfim Formula-1-də yarışmaqdır” 

19 Oktyabr 2017 12:13

Mixail Şumaxerin oğlu Mik Şumaxer karyerası ilə bağlı açıqlama verib. Məlumata görə, 2016-cı ildəki Formula-4 çempionatlarında 2-ci, “MRF Challenge”də 3-cü olaraq bu il Formula 3-də yarışmağa başlayan M.Şumaxer hədəfinin Formula-1-də çıxış etmək olduğunu bildirib.

Almaniyadan Türkiyəyə qarşı xain addım - Terrorçularla əlbir oldular

19 Oktyabr 2017 12:11

Almaniya Türkiyəyə qarşı xarici ölkələrə qaçan FETÖ terror təşkilatının üzvlərindən istifadə etməyə başlayıb. Onlar Türkiyə əlehinə təxribatlar hazırlayaraq terrorçuları dövlət televiziyalarına çıxarır və Türkiyə əlehinə danışdırır.

Kərkükdə KÜÇƏ DÖYÜŞLƏRİ: 3 məhəllə kürdlərin əlinə keçdi 

19 Oktyabr 2017 12:09

Məsud Bərzani işğalından azad edilən Kərkükdə kürdlər ayağa qalxıb. Şəhərin üç məhəlləsində nəzarətin kürdlərin əlinə keçdiyi deyilir. Bərzani “Rudav” telekanalı vasitəsilə kürdlərin addımlarına dəstək verir. Küçəyə çıxanların PKK-ya dəstək şüarları səsləndirildiyi bildirilir. Prosesləri müşahidə edənlər Kərkükdə küçə döyüşlərinin başlanması təhlükəsinin olduğunu deyirlər.

İspan mətbuatı "Qarabağ"a qarşı hakim haqsızlığından yazdı 

19 Oktyabr 2017 12:07

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” - “Atletiko” oyununda (0:0) Ağdam klubunun futbolçusu Dino Ndlovunun meydandan qovulması İspaniya mətbuatında da müzakirə olunub. Məlumata görə, bu barədə “Marca” nəşrinə açıqlama verən keçmiş ispaniyalı hakim Anduxar Oliver görüşün baş hakimi Ruddi Bukenin yalnış qərar qəbul etdiyini deyib: “İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilir. Ancaq epizodun təkrarına baxdıqda Qodinin onu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçırdı və matçın taleyini dəyişdi”.

"Türkiyə DQ-a qanunsuz səfər edənləri Azərbaycana təhvil verməlidir" 

19 Oktyabr 2017 12:04

"Türkiyə Dağlıq Qarabağa qanunsuz səfər edən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməli, onları Azərbaycana təhvil verməlidir. Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələri var. Biz bu münasibətlərə xələl gətirəcək hadisələrə yol verməməliyik". Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.

“İdmanda da Azərbaycanı sıxışdırılar”

19 Oktyabr 2017 12:03

“Siyasətdə baş verənlər idmanda da təkrar olunur”. “Olaylar” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov dünən UEFA Çempionlar Liqası qrup mərhələsi çərçivəsində “Qarabağ” – “Atletiko Madrid” klubları arasında keçirilən oyununda fransız hakimin qərarını şərh edərkən bildirib.