İşbazlar tikinti qaydalarına zidd davranırlar- ÖZƏL
11:23 Sosial"Bakı şəhəri Nərimanov rayonu,Teymur Əliyev küç.50,52,53 və yaxın ünvanında(hazırda Məmməd Araz küç) 4 beşmərtəbəli və 1 doqquz mərtəbəli binanın girişinə yaxın kiçik həyətində məhkəmə tərəfindən əmlakına həbs qoyulmuş, sonradan mülkiyyətçisi dəyişilən bir iş adamı malikanə üzərində mülkiyyət hüququ əldə etdikdən sonra, orada yaşayanların istirahət hüququnu ərşə çəkib". "Olaylar" xəbər verir ki, bunu "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev deyib: "Özü kənarda dolansa da, tikintidə çalışanlar sakinlərin iradına məhəl qoymur. Ağır tonnajlı, səsli-küylü beton daşıyan iri yüklü maşınlar sübh çağı saat 6-da, gündüz, günorta bilmədən ətraf mühitə ciddi zərər vurmaqla, bu sahədə Nazirlər Kabinetinin qüvvədə olan müvafiq hüquqi aktların tələbinə də zidd davranır, hörmətsizlik edir.
Faktiki olaraq yaxın ətrafda yaşayan binaların sakinlərinin təmiz havadan istifadə hüququ məhdudlaşıb.Ya, tikinti gedən ərazi yaşayış binalarının hündürlüyü qədər pərdələnməli, tikinti qaydalarına ciddi əməl olunmalı ya da, vətəndaşlar tikinti başa çatana qədər tikinti sahibinin maliyə dəstəyi hesabına oradan müvəqqəti təxliyə olunmalıdırlar. Lskin, bunun əvəzində bina sakinləri avtomobillərininin park edildiyi ərazi də tam zəbt edilib".