Gündəm

'Eser'i de araya sıkıştırdık'

19 Oktyabr 2017 12:00

27 Ekim de 'Yol Arkadaşım' adlı film ile vizyona girmeye hazırlanan İbrahim Büyükak ve Oğuzhan Koç, önceki gün Maslak Uniq’te basın mensuplarının karşısına çıktı. 'Yol Arkadaşım' filminin senaryosunu yazan ve aynı zamanda başrol oyuncusu olan İbrahim Büyükak, filmle ilgili, "Senaryosunun tamamen bana ait olduğu ilk sinema filmim olduğu için çok heyecanlı ve mutluyum. Gerçekten insanların çok seveceği ve eğleneceği bir film oldu. Biz çekimler esnasında bayağı eğlendik. Umarım gişede de beklenen karşılığı alırız. Bizim çok büyük hayallerimiz yok. Çok şükür mutlu adamlarız, iyi bir arkadaşlığımız var bu da yaptığımız işlere çok güzel yansıyor" dedi.

İdarə rəisi cərimələndi – 3000 manat

19 Oktyabr 2017 11:57

Qaradağ rayonunun Lökbatan, Sahil, Ümid, Qobustan və Səngəçal qəsəbələrində formalaşan məişət-çirkab tullantı sularının  Qırmızı gölə və Xəzər dənizinə axıdılması faktı aşkar olunub. Olaylar bildirir ki, faktla bağlı “Qaradağ Su-kanal” idarəsinin rəisi Əhliman Mansurov barəsində qanunvericiliyə uyğun qaydada protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilib.

Yol polisi Bakı şəhəri üzrə işçi axtarır

19 Oktyabr 2017 11:56

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi yol patrul xidməti inspektoru (siravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. İdarədən verilən məlumata görə, müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, kompüterdə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, habelə sürücü kimi 3 il əmək stajına malik, yaşı 20-dən aşağı, 25-dən yuxarı olmayan, boyu 180 santımetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum edilməmiş, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Dövlət büdcəsində 783,6 mln. manat defisit yaranıb

19 Oktyabr 2017 11:55

Maliyyə Nazirliyi 2017-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatı açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, 2017-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12045,1 mln. manat, xərcləri 12783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Nazirlik rəsmisinin sözlərinə görə, 2017-ci doqquz ayında dövlət büdcəsinin mədaxili 12019,0 mln. manat proqnoza qarşı 12045,1 mln. manat və ya 0,2 faiz çox icra olmuşdur ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1942,0 mln. manat və ya 19,2 faiz çoxdur.

Əfqanıstanda terror – Taliban öz üzərinə götürdü

19 Oktyabr 2017 11:53

Əfqanıstanın Qəndəhar əyalətində səhər saatlarında terror hadisəsi baş verib. Olaylar bildirir ki, içərisində partlayıcı qurğu olan olan iki avtomobil hərbi düşərgəyə daxil olaraq düşərgə partladılıb. Baş verən terror hadisəsi zamanı 41 əsgər həlak olub.

Ermənilər 137 dəfə atəşkəsi pozub

19 Oktyabr 2017 11:52

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 137 dəfə pozub.

3 uşaq ölü tapıldı – Pambıq tarlasında

19 Oktyabr 2017 11:47

Türkiyənin Şanlıurfa vilayətində 3 uşaq tarlada ölü tapılıb. Olaylar bildirir ki, gecə pambıq yığımına gedən 12 yaşlı Əli, 14 yaşlı Harun Tekdağ və qardaşı 14 yaşlı Hüseyn Tekdağın valideynləri uşaqların evə qayıtmadıqlarını gördükdə tarlaya gediblər.

DTX xüsusi əməliyyat keçirdi

19 Oktyabr 2017 11:45

Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat yolu ilə saxlanılıb.

Azərbaycan-Avstraliya biznes forumu keçirilib

19 Oktyabr 2017 11:40

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstraliya biznes forumu keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak edib. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verib, qeyri-neft sektorunun inkişafı, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib, Azərbaycanın xarici ölkələrdə Ticarət Evlərinin yaradılmasının, ticarət nümayəndələrinin təyin edilməsinın Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb. Rüfət Məmmədov avstraliyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Penitensiar xidmətdə Müstəqillik Günü qeyd edilib

19 Oktyabr 2017 11:38

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabe qurumlarında 18 oktyabr – Müstəqillik Günü geniş şəkildə qeyd edilib. “Olaylar” xəbər verir ki, Penitensiar xidmətlə Mədəniyyət və Turizm Nazirliyi arasında 2017-ci il üçün birgə təsdiq edilmiş tədbirlər planına əsasən Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşlarının və aidiyyatı qurumların nümayəndələrinin iştirakı ilə Tərbiyə müəssisəsində, 6, 7 və 15 saylı cəzaçəkmə müəssisələrində mədəni-kütləvi tədbir təşkil olunub. 15 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə məhkumlara Milli Qəhrəman Əliyar Əliyevin həyatından bəhs edən “Pəhləvan komandir” adlı sənədli film nümayiş etdirilib.

"Qarabağ" - "Atletiko" matçı qrupda ən çox tamaşaçı toplayan qarşılaşma olub

19 Oktyabr 2017 11:35

"Qarabağ"ın İspaniya "Atletiko"su ilə keçirdiyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçını 47923 tamaşaçı izləyib. Bakı Olimpiya Stadionunda təşkil olunmuş görüş C qrupunda turun ən yüksək göstəricisi olub. Ümumilikdə isə bu oyun 6-cı yerdə qərarlaşıb. İngiltərənin paytaxtı Londondakı "Stemford Bric" stadionunda "Çelsi" ilə İtaliya "Roma"sı arasında oynanılmış qarşılaşmada tamaşaçı sayı 41105 nəfər olub. Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Bəzi türkiyəli deputatların AŞ PA-da Azərbaycan əleyhinə səs verməsi üzücüdür"

19 Oktyabr 2017 11:32

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatlarının Azərbaycanla bağlı qətnamənin qəbul edilməsi lehinə səs verməsi üzücüdür.

Bu gözəl Putinin postu üçün HƏRƏKƏTƏ KEÇDİ

19 Oktyabr 2017 11:27

Rusiyanın məşhur teleaparıcısı Ksenia Sobçak 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcək. Sobçak prezidentliyə namizədliyini yazılı və video açıqlama ilə elan edib. Lakin onun namizədliyi birmənalı qarşılanmayıb. Bəzi müxalifətçilər Kremlin “zərərsiz düşmən” olaraq Sobçakın namizədliyini planlaşdırdığını iddia edirlər. Ksenianın atası, Sankt-Peterburqun keçmiş meri Anatoli Sobçakın Putini siyasətə gətirən şəxs olması da bu iddiaları gücləndirir.

“Rəsulzadə təkcə müxalifətin deyil” - YAP-çı deputatdan ETİRAZ

19 Oktyabr 2017 11:22

Azərbaycan Demokratik Respublikasının (ADR) banilərindən biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə bəzən az qala bir partiyanın nümayəndəsi kimi təqdim olunur. Halbuki, Məhəmməd Əmin Rəsulzadə bütün Azərbaycan xalqının oğludur, o, təkcə nə Müsavat Partiyasının, nə də özünü onun siyasi xələfi adlandıran digər qruplarındır.

Meksika sahillərində 4,2 bal gücündə zəlzələ olub

19 Oktyabr 2017 11:18

Meksika sahillərində 4,2 bal gücündə zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanların episentri Mateo del Mar şəhərindən 74 kilometr cənubda, ocağı isə 17 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.