İdarə rəisi cərimələndi – 3000 manat
Qaradağ rayonunun Lökbatan, Sahil, Ümid, Qobustan və Səngəçal qəsəbələrində formalaşan məişət-çirkab tullantı sularının Qırmızı gölə və Xəzər dənizinə axıdılması faktı aşkar olunub. Olaylar bildirir ki, faktla bağlı “Qaradağ Su-kanal” idarəsinin rəisi Əhliman Mansurov barəsində qanunvericiliyə uyğun qaydada protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilib.
19 Oktyabr 2017 11:57 SosialQaradağ rayonunun Lökbatan, Sahil, Ümid, Qobustan və Səngəçal qəsəbələrində formalaşan məişət-çirkab tullantı sularının Qırmızı gölə və Xəzər dənizinə axıdılması faktı aşkar olunub. Olaylar bildirir ki, faktla bağlı "Qaradağ Su-kanal" idarəsinin rəisi Əhliman Mansurov barəsində qanunvericiliyə uyğun qaydada protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilib.
Yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.