Şərq-Qərb körpüsü və Türk birliyi: Azərbaycan-Özbəkistan əməkdaşlığında yeni mərhələ – ÖZƏL
13:47 SiyasətRamiyə Məmmədova: "Azərbaycan-Özbəkistan parlament əlaqələri əməkdaşlığa institusional xarakter verir"
Noyabrın 25-də II Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində 2027-2028-ci illər üçün əməkdaşlıq Yol Xəritəsi imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Senatının sədri Tənzilə Narbayeva imzalayıblar. Yol Xəritəsi parlamentlərarası əlaqələrin genişləndirilməsini, qanunvericilikdə təcrübə mübadiləsini və parlament diplomatiyasının inkişafını nəzərdə tutur.
Mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova bildirib ki, parlamentlərarası münasibətlər hər zaman əməkdaşlığın daha institusional xarakter almasına gətirib çıxarır. Yəni bu o deməkdir ki, parlamentlərarası münasibətlər çərçivəsində məsələlər daha dəqiq müəyyənləşdirilir, müxtəlif müqavilələr və digər sənədlər əsasında daha konkret əməkdaşlıq formalaşır. Çünki Azərbaycanla Özbəkistan arasındakı əməkdaşlıq bir günlük əməkdaşlıq deyil. Bu iki ölkə hər ikisi Türk dövlətləri birliyinə aid olan dövlətlərdir. Onların bugünkü münasibətləri həm siyasi, həm logistik, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Təbii ki, parlamentlər arasında münasibətlər dövlətlərin bir-biri ilə ən yüksək səviyyədə institusional əməkdaşlığından xəbər verir. Burada həm müqavilələr nəzərdə tutulur, həm də gələcək perspektivlər daha dəqiq və aydın şəkildə müəyyənləşdirilir. Bu da onu göstərir ki, Özbəkistanla Azərbaycan arasındakı münasibətlər bir günlük deyil, uzunmüddətli və səmərəli əməkdaşlığı özündə ehtiva edir. Digər tərəfdən, hər iki ölkə Türk dövlətləri birliyinə daxil olan dövlətlərdir. Özbəkistan Azərbaycanın Asiyaya çıxışında mühüm rol oynayır. Eyni zamanda, Azərbaycanın üzərindən Özbəkistanın Qərbə çıxış yolu təmin olunur. Bu da o deməkdir ki, hər iki ölkə logistik baxımdan böyük əhəmiyyət daşıyır və bir-biri üçün mühüm tərəfdaşdır. Hər iki ölkə Türk dünyasının dövlətləridir və bu gün Türk dünyasında böyük işlər görülür. Azərbaycan və Özbəkistan da Türk dünyasının gələcək perspektivləri haqqında danışır və bu istiqamətdə müvafiq addımlar atırlar.
Səidə Ramazanova