3 uşaq ölü tapıldı – Pambıq tarlasında

Türkiyənin Şanlıurfa vilayətində 3 uşaq tarlada ölü tapılıb. Olaylar bildirir ki, gecə pambıq yığımına gedən 12 yaşlı Əli, 14 yaşlı Harun Tekdağ və qardaşı 14 yaşlı Hüseyn Tekdağın valideynləri uşaqların evə qayıtmadıqlarını gördükdə tarlaya gediblər.

Tarlada uşaqlarını axtaran valideynlər onların cansız bədənləri ilə qarşılaşıblar. Məhkəmə Tibbi Ekspertizasının qərarına əsasən uşaqlar oynadıqdan sonra pambıq yığımlarının arasında yatarkən, havasız qaldıqları üçün vəfat ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31