İrakli Kobaxidze: Ərazi bütövlüyümüzün sülh yolu ilə bərpası milli arzumuzdur – ÖZƏL
11:30 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze məcburi köçkünlərə mənzillərin təqdim olunması mərasimində çıxış edərək bildirib ki, ölkənin ərazi bütövlüyünün sülh yolu ilə bərpa edilməsi Gürcüstanın baş milli arzusudur. Hökumət rəhbəri vurğulayıb ki, hakimiyyətin əsas məqsədi və qayğısı köçkünlərin öz doğma yurdlarında ləyaqətli mənzillərlə təmin olunmasıdır.
Kobaxidze səbr, ardıcıl və düzgün praqmatik siyasət sayəsində bu ali məqsədə mütləq nail olunacağını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31